Görmə qüsurlu şəxslərlə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanıb
Tarix: 01.12.2014 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Kor və görmə qabiliyyəti zəif olan insanlarla bağlı qanunvericiliyə bir sıra dəyişikliklər hazırlanıb. Bu barədə Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Bakıda öz işinə başlayan “Görmə qüsurlu şəxslərin dərc olunmuş əsərlərə əlyetərliliyinin müəllif-hüquq problemləri” mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib. Konfrans haqqında danışan K.İmanov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə keçirdiyi tədbirin əsas məqsədi “Mərakeş müqaviləsi”nin təsdiqlənməsi və müxtəlif dövlətlərin bu müqaviləyə cəlb edilməsi ilə bağlıdır: “Bildiyiniz kimi, müəlliflik hüququnun mahiyyəti ondan ibarətdir ki, hər hansı bir əsərin istifadəsi müəllifin icazəsindən asılıdır və buna müstəsna müəlliflik hüququ deyilir. Amma müəlliflik hüququnun tarixi ondan ibarətdir ki, hər zaman istifadəçilərin maraqları ilə müəlliflərin stimullaşdırılması arasında tarazlaşdırma aparılıb və bu tarazlaşma müəyyən istisnaları özündə əks etdirir. Bu baxımdan biz bu gün ilk dəfə olaraq müəlliflərin hüququna müəllif mövqeyindən deyil, istifadəçilərin, ictimaiyyətin, xüsusən də kor və görmə qüsurlu insanların mövqeyindən baxırıq. “Mərakeş müqaviləsi” bu kateqoriyalardan olan insanlar üçün müəyyən istisnalar verir”.
K.İmanov vurğulayıb ki, Azərbaycanın müəllif hüququ qanunvericiliyi kor və görmə qabiliyyəti zəif olan insanlara imkan verir ki, onlar müəlliflik hüququnu pozmadan əsərlərdən öz xeyirlərinə sərbəst istifadə etsinlər: “Ancaq “Mərakeş müqavilə”si bir addım da irəli gedib. Bununla bağlı biz Azərbaycan qanunvericiliyinə dəyişikliklər hazırlamışıq və bu müqavilənin ratifikasiyası ilə bağlı hökumətə təkliflər göndərmişik”.
Daha sonra çıxış edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif hüququ bölməsinin əməkdaşı xanım Geidy Lung bildirib ki, təmsil etdiyi təşkilatının regionda Azərbaycanla əməkdaşlığı böyük əhəmiyyət daşıyır. Azərbaycanın qədim tarixə malik olduğunu qeyd edən G.Lunq bildirib ki, Azərbaycan müxtəlif mədəniyyətə malik, tolerantlığı ciddi şəkildə qoruyub saxlayan ölkədir: “İnanıram ki, bu konfrans gələcək işlər üçün bizə böyük kömək edəcək. Bizim ümumi platformamız mövcuddur ki, müxtəlif hüquqlar sahəsində qarşılıqlı əməkdaşlıq edək. Bu konfransın təşkilinə görə, Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə çıxışında bildirib ki, nazirlik son illər görmə məhdudiyyəti olan insanların hüquqlarının qorunması istiqamətində bir sıra işlər həyata keçirib. Bu tədbirlərin bu gün də davam etdirildiyini deyən nazir müavini vurğulayıb ki, Azərbaycanda müxtəlif kateqoriyadan olan əlillərin sosial müdafiəsini həyata keçirmək üçün hüquqi addımlar atılıb: “Bildirmək istəyirəm ki, Azərbaycanda gözdən əlillər üçün bir sıra işlər həyata keçirilib. Məsələn, I qrup əlillərə pensiya digər qruplarla müqayisədə daha artıqdır. 2008-ci ildən gözdən əlillər üçün mənzillər tikilib və onların evlə təmin olunması bu gün də davam edir”.
Konfransda mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri Siyavuş Novruzov, Elmira Axundova və başqaları mövzu haqqında fikirlərini bildirərək qeyd ediblər ki, Azərbaycanda əlilliyi olan insanlar daim dövlətin diqqət mərkəzindədir.
Daha sonra konfrans müzakirələrlə davam etdirilib. Qeyd edək ki, konfrans sabah da öz işini davam etdirəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info