Ukrayna telekanalında Qarabağ haqqında qeyri-obyektiv proqrama daha bir etiraz
Tarix: 02.12.2014 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Ukraynada yaşayan etnik qrupları təmsil edən təşkilatlar noyabrın 23-də ölkənin “1+1” telekanalının əməkdaşlarının Azərbaycandan icazəsiz Dağlıq Qarabağa səfər etmələri və qeyri-obyektiv proqram hazırlamaları ilə əlaqədar telekanal rəhbərliyinə, Dövlət Teleradio Komitəsinə, Xarici İşlər Nazirliyinə, Prezident Administrasiyasına etiraz məktubu ünvanlayıblar.
Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev açıqlamasında bildirib ki, assambleyada cəmləşən azərbaycanlıları, yəhudiləri, tatarları, qaqauzları, gürcüləri, moldovanları, polşalıları, latışları, özbəkləri, türkmənləri, qırğızları, qazaxları, rusları və Şimali Qafqaz xalqlarını təmsil edən təşkilatlar adından ünvanlanan məktubda bu hadisə ciddi pislənilib və proqramın separatizmi təbliğ etdiyi vurğulanaraq ölkədə yaşayan xalqların bundan narahat olduqları bəyan edilib.
Məktubda deyilir ki, Ukraynada yaşayan azsaylı xalqlar “1 +1” telekanalının “15 respublika” adlı verilişində Dağlıq Qarabağ münaqişəsi haqqında faktların təhrif olunması və Azərbaycan Respublikasının imicinin neqativ şəkildə əks etdirilməsi separatizm qurbanı olan ölkənin vətəndaşları kimi onları ciddi narahat edir: “Vətəndaşı olduğumuz ölkənin jurnalistlərinin separatçı rejimlə işbirliyi, belə bir rejimi dəstəkləmələri hazırda Ukraynada aparılan separatizmə qarşı mübarizə ilə bir araya sığımır. Bu, Ukraynada yaşayan etnik qruplar üçün də ciddi narahatlıq doğurur. Biz Ukrayna rəhbərliyindən və KİV rəhbərlərindən bir daha belə hala yol verilməməsi üçün təminat istəyirik və buna birdəfəlik son qoyulmasını tələb edirik".
Qeyd edək ki, bundan öncə də rəsmi şəkildə Azərbaycan məsələ ilə bağlı öz etirazını bildirmişdi və ayrı-ayrı diaspor təşkilatları da öz narazılıqlarını bildirmişdilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info