“Ermənilərlə dostluq edənlərin əməlləri qınanmalıdır”
Tarix: 02.12.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Azərbaycanda ictimai siyasi fəaliyyətlə məşğul olan, xüsusilə radikal düşərgədə təmsil olunan bir çox insanların dostluğunda ermənilər var. Əldə etdiyimiz məlumata görə, bəzi şəxslər Azərbaycan-erməni "sosial şəbəkə dostluğu"nu qrant alverinə çevirməyi bacarıblar. Bu prosesi nəzarətdə saxlamaq üçün hansı addımlar atılmalıdır? Ekspertlər nə düşünürlər?
Politoloq Ramiz Alıyev dedi ki, bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır: “Hazırda Azərbaycanın ictimai-siyasi həyatında radikal düşərgə nümayəndəsi kimi tanınan bir çox insanlar var ki, onlar sosial şəbəkələrdə olan profillərində erməni ilə dostluğa üstünlük verirlər. Mən, şəxsən bu kimi məqamların sıradan bir məsələ olduğunu düşünmürəm. Ona görə ki həmin insanlar həm xarici donorlara, həm də himayədarlarına göstərirlər ki, sosial şəbəkələrdə Azərbaycan-erməni "dostluğu" var və bu dostluğu həyatda da davam etdirmək üçün maddi vəsait ayrılsın. Bu yolla öz himayədarlarından müəyyən qədər maliyyə vəsaiti alır, erməni "dostlarının" tövsiyəsinə uyğun olaraq Azərbaycanda neqativ işlərlə məşğul olurlar. Yəqin ki, hüquq-mühafizə orqanları onların bu işlərindən agahdırlar və lazımi tədbirlər görəcəklər. Bu məsələ tək hüquq-mühafizə orqanlarının deyil, hər bir vətəndaşın müqqədəs borcudur ki, ölkəsinə və dövlətinə sahib çıxsın! Və ictimai qınaqlar da olması mümkündür. Belə ki həmin şəxslər barəsində ictimaiyyət nümayəndələri, KİV və QHT nümayəndələri də çıxışlar edib, həmin şəxsin və ya şəxslərin əməllərini qınamalı, ölkə əhalisini bu barədə məlumatlandırmalıdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info