Xaricdə təhsil alan azərbaycanlı gəncə vəzifə verildi
Tarix: 02.12.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Azərbaycandan xaricdə təhsil almağa gedən gənclərin uğurları sıralanmaqda davam edir. Daha bir uğur qazanan aktiv gəncimiz Elvin Əjdərlidir. O, təhsil aldığı ölkədə - Türkiyədə məsuliyyətli bir işə təyin olunub. Bu barədə Elvin açıqlamasında deyib: “Türkiyədə təhsil aldığım müddət ərzində bir azərbaycanlı olaraq çox yeniliklər etdim. Bu ölkədə təhsil alan azərbaycanlılar içərisində həmişə ilklərə imza atmağa çalışırdım. Zaman-zaman buna nail də oldum. İlk dəfə Türkiyə-Azərbaycan Qardaşlıq Platformasını təsis etdim. Türkiyə tarixində ilk dəfə universitet tələbə gənclər təşkilatında ilk xarici və azərbaycanlı tələbə oldum ki, Tələbə Gənclər Təşkilatı sədrinin xarici əlaqələr üzrə müşaviri vəzifəsinə və Fakültə Tələbə Gənclər Təşkilatı sədrliyinə seçildim. Bu gün isə yenə ilk azərbaycanlı və xarici tələbə olaraq cənab Baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının, Eskişəhər universitet gənclər birliyinin sədri Məsut Karamanın, şəhər təşkilatı sədri cənab Mustafa Dündar Ünlüyə verdiyi təqdimata əsasən cənab sədrin sərəncamı ilə “Ədalət və İnkişaf Partiyası Eskişəhər universitet Gənclər Birliyinin Xarici Əlaqələr Departamentinin Rəhbəri” vəzifəsinə gətirildim.
Mən də bu gündən etibarən çalışacağam ki, mənə göstərilən bu etimadı doğruldum.
İlk iş həftəmdə rəhbərliyə verdiyim layihəmlə ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının hər hansısa bir şəhər təşkilatı ilə qardaşlıq müqaviləsinin bağlanmasını gündəmə gətirdim".
Qeyd edək ki, Elvin haqqında bir müddət öncə ətraflı müsahibə də dərc etmişdik. Əjdərli Elvin 3 avqust 1994-cü ildə Yevlax şəhərində, ziyalı ailəsində anadan olub.
Xatırladaq ki, bu aktiv gənc orta təhsilini 9-cu sinfə qədər Bakı şəhəri Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktəbdə alıb. Sonra valideynlərinin işi ilə əlaqədar təhsilini Yevlax rayonu Nizami adına 7 saylı tam orta məktəbində davam etdirib. Hazırda ali təhsilini qardaş Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universitetində İdarəetmə fakültəsində davam etdirir. Türkiyə-Azərbaycan Qardaşlıq Platformasının təsisçisi və sədridir.
Elvinə bütün işlərində və gələcək karyerasında uğurlar arzulayırıq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info