Ermənistan əsgərləri at oğurlayırlar
Tarix: 02.12.2014 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Gürcüstanın Ermənistanla sərhəd kəndi olan və azərbaycanlıların kompakt yaşadığı Yırğançay kəndində yerli sakinlərə məxsus 5-6 at yoxa çıxıb.
Atların Ermənistan sərhədçiləri tərəfindən oğurlandığı məlum olub. Hadisə barədə gürcü sərhədçilərinə məlumat verilməsinə baxmayaraq, hər hansı tədbir görülməyib.
Yırğançay kənd sakini İbrahim Kazımov “APA”nın müxbirinə bildirib ki, erməni əsgərləri tərəfindən belə oğurluq hadisələri tez-tez baş verir: "Kəndin mal-qarası sərhədə yaxın yerlərdə otlayır və atlar, danalar və inəklər təsadüfən hasara alınmamış palçıqlı və gölməçə olan əraziyə yaxın düşən kimi erməni əsgərləri onları tutub o üzə keçirir və bir daha geri qaytarmırlar. Belə hadisələr keçən ilin yay və yaz aylarında daha çox baş verib. Bu il isə kənd sakinlərindən Valeh Çobanovun və digər sakinlərin atları oğurlanıb. Gürcü əsgərləri kənd sakinlərini neytral əraziyə buraxmırlar, məhz bu səbəbdən heyvanlar neytral əraziyə gedəndə qaytarmaq mümkün olmur. Erməni sərhədçiləri isə bu məqamdan istifadə edərək mal-qaramızı Ermənistana ötürürlər”.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info