“Qazprom”un 5 milyard xərclədiyi “Cənub axını” layihəsi dayandırıldı
Tarix: 02.12.2014 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Rusiya “Cənub axını” qaz kəmərinin tikintisini dayandırır və enerji resurslarını digər regionlara və maye qaz layihələrinə yönəldir.
”Vesti.ru” saytı xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Buna səbəb kimi Avropa İttifaqının mövqeyini göstərən Vladimir Putin qurumun bu layihənin tikintisinə mane olmağa çalışdığını deyib. O, həmçinin bundan sonra ölkəsinin enerji resurslarını dünyanın digər regionlarına və maye qaz layihələrinin inkişafına yönəldəcəyini də qeyd edib.
“Cənub axını” qaz kəmərinin vacib hissəsi Bolqarıstan ərazisindən keçməli olsa da, rəsmi Sofiya indiyədək bu barədə qərar qəbul etməyib. Rusiya tərəfi Bolqarıstanın müstəqil siyasət yeridə bilmədiyi və qərarın ləngiməsini Brüsselin təzyiqləri ilə əlaqəli olduğu fikrindədir.
Tranzit ölkələrdən yan keçməli olan bu layihə vasitəsilə Qara dənizdən Avropa İttifaqına 63 milyard kubmetr qaz çatdırması nəzərdə tutulurdu. Tikintisinin gələn il başa çatması planlaşdırılan “Cənub axını” layihəsinə “Qazprom”un təxminən beş milyard dollar xərclədiyi bildirilir.
Rusiya qazı üçün başqa bazarların da mövcud olduğunu yada salan və misal kimi Türkiyəni göstərən Rusiya Prezidenti bu ölkənin enerji resurslarına artan tələbatını nəzərə alaraq “Mavi axın” layihəsini genişləndirməyə, eyni zamanda əlavə boru kəməri tikməyə hazır olduqlarını vurğulayıb. Bundan başqa, Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar əsnasında yanvarın 1-dən etibarən bu ölkə üçün mavi yanacağın qiymətinin 6 faiz ucuzlaşdırılacağını qeyd edib.
Türkiyə Rusiya üçün ikinci böyük bazar sayılır. Yaxın on ildə Ankara ilə Moskva arasında ticarətin ümumi həcminin üç dəfə artırılması planlaşdırılır. Bundan əlavə Rusiya Türkiyə üçün atom elektrik stansiyası tikir, türkiyəli iş adamları isə Rusiya iqtisadiyyatına xeyli miqdarda investisiya yatırırlar. Avropa İttifaqının sanksiyalarından sonra Türkiyə Rusiyaya qida məhsullarının ixracını da artırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Estoniya rəqəmsal olaraq ən yüksək inkişaf etmiş ölkə sayılır
23.05.2019
Terrorçular “Zara“nı bombaladı
23.05.2019
Britaniya XİN Tereza Meyin istefası barədə məlumatı təkzib edib
23.05.2019
Böyük Britaniya və Hollandiyada Avropa Parlamenti seçkiləri üçün səsvermə başladı
23.05.2019
28 May – Respublika Günü Nyu Yorkda təntənəli konsertlə qeyd ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info