“Ölkəmizdə 230-dan çox gənclər təşkilatı var ki, onlar gənclərin həyatında mühüm işlər görürlər”
Tarix: 02.12.2014 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Avropa Tələbələr Birliyinin (ESU) İdarə Heyətinin 67-ci iclası keçirilir. İclas Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Tələbələr Birliyinin (ATB) birgə təşkilatçılığı ilə 30 noyabr - 6 dekabr tarixlərini əhatə edir. Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsinin vacibliyini vurğulayıb: “Biz anlayırıq ki, qloballaşma dünyasında gənclərin rolu nə qədər böyükdür. Bütün ölkələrdə gənclərin rolu prioritet olmalıdır. Azərbaycanda bu, belədir. Ölkə başçısı 2-ci dəfə gənclər üçün dövlət proqramını imzalayıb. Ölkəmizdə 230-dan çox gənclər təşkilatı var ki, onlar gənclərin həyatında mühüm işlər görürlər”.
Nazir deyib ki, tələbələr cəmiyyətdə mühüm rol oynayırlar: “Biz hökumət olaraq öz tələbələrimizi çox aktiv şəkildə xaricə göndəririk və onların orada bütün xərclərini dövlətimiz öz üzərinə götürüb. Biz BMT ilə çox yaxından əməkdaşlıq edirik. Elə bu il ilk dəfə Azərbaycan Qlobal Foruma da ev sahibliyi edib. 5 il öncə biz ATGTİ-ni yaratdıq və bu təşkilat ölkənin ən aktiv təşkilatlarından birinə çevrildi. Təşkilatın keçirdiyi layihələr isə yaddaqalan olub”.
Nazir deyib ki, gənclər ölkənin idman həyatında da fəaldır: “Azərbaycanda 2015-ci ildə Yay Olimpiya Oyunları keçiriləcək. Artıq çox sayda tələbə gənclər var ki, onlar bu oyunların təşkilatçılıq işində bizimlə əməkdaşlıq üçün öz könüllülük ərizələrini verirlər. Əminəm ki, bizim bu forum ərzində hazırlayacağımız sənədlər həm öz ölkəmiz, həm də Avropa Şurası üçün mühüm rol oynayacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info