Tahir Süleymanov: “Son illər Azərbaycan elm və təhsil sahəsində uğurlar əldə edib”
Tarix: 02.12.2014 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən qabaqcıl ölkələrdən biridir. Azərbaycan iqtisadiyyatı son 10 ildə 3,4 dəfə artıb. Biz əhali və ərazisinə görə kiçik bir dövlət olmağımıza baxmayaraq, büdcəmizi 25 dəfə artırmışıq. Bu, həqiqətən də fantastik göstəricidir. Bu inkişafın fonunda Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı artırılır, onların layihə və ideyaları dəstəklənir. Bunu Bakıda keçirilən Avropa Tələbələr Birliyinin (ESU) İdarə Heyətinin 67-ci iclasının rəsmi açılışında çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov deyib.
Azərbaycanda gedən inkişaf prosesləri fonunda gənclərə artan dövlət qayğısından danışan T.Süleymanov tədbir iştirakçılarının da Azərbaycanda gedən dinamik inkişafı gördüklərini vurğulayıb.
Tədbirdə iştirak edən avropalı tələbələrə Azərbaycanda elm və təhsilə ayrılan diqqət barədə məlumat verən PA rəsmisi qeyd edib ki, ölkəmizdə 4500 orta məktəb var və cəmi 10 il ərzində onların 3 mindən çoxu yenidən tikilib: “Məktəblər müasir standartlar əsasında yenidən qurulub. Təhsilin inkişafı üçün bütün müasir avadanlıqlar və texnologiyalar təhsil sistemində tətbiq olunub. Buna görə də son illər Azərbaycan elm və təhsil sahəsində də uğurlar əldə edib".
Bu uğurların ən başlıca səbəbinin 23 il əvvəl qazanılan müstəqillik olduğunu deyən T.Süleymanov əlavə edib ki, Azərbaycan olduqca qapalı dövlət olan SSRİ-nin tərkibində olarkən bir çox problemlərlə üzləşib: "Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox beynəlxalq qurumlara üzv olduq. Bütün sahələrdə dünya ilə inteqrasiya prosesinə qoşulduq. Bundan başqa, artıq Azərbaycan tolerantlıq mərkəzi, dünya və Avropa miqyaslı tədbirlərin əsas təşkilatçısı kimi də tanınmağa başladı. Demək olar ki, hər gün ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Bu, dünya ölkələrinin, beynəlxalq qurumların bizə göstərdiyi inamın və Azərbaycanın özünü sübut etməsinin nəticəsidir".
Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verən T.Süleymanov qeyd edib ki, çox təəssüflər olsun ki, hazırda yaşadığımız müasir dövrdə hər kəs demokratiyanın inkişafından danışsa da, bəzi ölkələrdə 100 minlərlə insanın hüquqları pozulur.
PA rəsmisi qeyd edib ki, Azərbaycanda da erməni təcavüzü nəticəsində minlərlə insanın hüquqları pozulub: “Onlardan hazırda 350 mindən çoxu gənclərdir. Biz inanırıq ki, dünya ölkələri bu haqsızlığa qarşı öz qəti mövqeyini göstərəcək və bunu edənlərə qarşı etirazını bildirəcək. Bir gün haqq-ədalət öz yerini tutacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info