Estoniya Azərbaycanla energetika və sənaye sahəsində əməkdaşlıq edəcək
Tarix: 02.12.2014 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Estoniya energetika və sənaye sahəsində Azərbaycanla dialoqun davam etdirilməsində maraqlıdır. Bu barədə Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yaap Ora bəyan edib.(İnterfax) “Energetika sahəsində biz, ilk növbədə Avropanın enerji təhlükəsizliyi və Avropaya tədarüklərin şaxələndirilməsinin təminatında Azərbaycanın roluna dair dialoqun davam etdirilməsində maraqlıyıq”, - deyə diplomat bəyan edib.
Onun sözlərinə görə, Tallin Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu yüksək qiymətlənirir.
“Azərbaycanın bir sıra Avropa ölkələrinə enerji resurslarının etibarlı tədarükçüsü kimi rolunu yüksək qiymətləndiririk. Bu, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təminatına xidmət edir”, - deyə diplomat qeyd edib.
Y.Ora əmindir ki, Avropa və Azərbaycan Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi üçün birgə fəaliyyət göstərməlidir.
“Tədarüklərin şaxələndirilməsi yolu ilə Avropa energetikadan siyasi təzyiq rıçaqı kimi istifadə risklərini azalda bilər. Tədarüklərin diversifikasiyası ilə tədarüklərin pozulması potensial riski də azalır. Avropa və Azərbaycan Cənuibi Qafqazda sabitliyin gələcəkdə möhkəmlənməsi üçün birgə fəaliyyət göstərməlidir. Avropa ilə tərəfdaşlıq Azərbaycanın siyasi-iqtisadi sabitliyini möhkəmləndirir”, - deyə Y.Ora bildirib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info