Cen Psakinin yalanı
Tarix: 02.12.2014 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Elçin Mehdiyev |

ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətinin, o cümlədən mətbuat azadlığının məhdudlaşdırıldığını iddia edib və bu vəziyyətdən narahatlığını bildirib.
Ümumiyyətlə, son günlər nədənsə ABŞ rəsmiləri Azərbaycan üzərinə müxtəlif “mövqelərdən” hücuma keçiblər, “insan haqları”, “mətbuat azadlığı” mövzusunda spekulyasiyalar edərək öz maraqlarını ölkəmizə yeritməyə can atırlar. Hücumların intensivləşməsi ondan xəbər verir ki, yəqin yenə hansısa məsələdə Azərbaycandan nəsə qoparmaq istəyirlər.
Əvvəla, Cen Psakidən soruşmaq lazımdır ki, görəsən o, Azərbaycanı xəritədə tanıyırmı, onun Azərbaycan haqqında, Azərbaycanın mövcud problemləri haqqında məlumatı varmı? Görəsən Cen Psaki Azərbaycan mətbuatını izləyibmi, orada yazılan yazıları, fikirləri, tənqidləri, hətta təhqirləri görübmü? Əminəm ki, görməyib. Sadəcə o, bu bəyanatı ya bilərəkdən hansısa maraq xatirinə, ya da hansısa insanların ona verdiyi qərəzli məlumatlar əsasında verib.
Cen Psakinin nəzərinə çatdırırıq ki, onun haqqında danışdığı “Azadlıq” radiosunun müxbiri Turxan Kərimov həbs edilməyib və ya onun fəaliyyətinə hansısa qadağalar qoyulmayıb.
Daxili İşlər Nazirliyinin bu barədə verdiyi bəyanatı da Dövlət Departamenti sözçüsünün diqqətinə çatdırmaq yerinə düşərdi: "Dünyanın istənilən ölkəsində, o cümlədən Azərbaycanda xidməti vəzifəsini yerinə yetirərkən polis əməkdaşı özünü şübhəli aparan və ya şübhə doğuran istənilən vətəndaşı şəxsiyyətini müəyyənləşdirmək məqsədilə aidiyyəti və ərazi üzrə polis orqanına gətirə, müvafiq profilaktik söhbətlər apara və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə saxlaya bilər".
Bu səbəbdən “Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimov da söhbət aparılması üçün polis bölməsinə çağırılıb və onunla müəyyən söhbətdən sonra sərbəst buraxılıb. Elə Turxan Kərimov özü də saxlanması haqqında mətbuata danışarkən polis əməkdaşlarının onunla çox normal rəftar etdiyini, ona qarşı hər hansı bir təzyiqin olmadığını, o cümlədən onun fəaliyyətinə hansısa qadağaların qoyulmadığını, hətta onu buraxarkən üzrxahlıq edildiyini bildirib.
Belə olan halda görəsən, Cen Psaki bu məsələ ilə bağlı niyə çox həyəcanla danışır, bunu beynəlxalq hüquq normalarının pozuntusu kimi, Azərbaycanın beynəlxalq öhdəliklərinə əməl etməməsi kimi qələmə verir?
Burada bir daha təsdiq olunur ki, Cen Psakinin Azərbaycanda baş verən hadisələrdən ya xəbəri yoxdur, ya da bilərəkdən belə edir. Yaxşı olardı ki, xanım Psaki bir az da öz ölkəsində baş verən hadisələrə qiymət versin. Hadisələrin də nə olduğunu hamı yaxşı bilir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info