Rusiya, Belarus, Qazaxıstan və Ermənistan dollardan imtina edir
Tarix: 02.12.2014 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Avrasiya iqtisadi birliyinin üzv ölkələri olan Rusiya, Ermənistan, Belarus və Qazaxıstan qarşılıqlı hesablaşmaları milli valyuta formatlarında aparmaq və ABŞ və Avropa Birliyinin valyutalarından imtina etmək niyyətindədirlər. Bu barədə “İzvestiya” xəbər verir.
Dünyanın iki ən böyük valyutasından imtina etmək 2025-2030-cu illər üçün planlaşdırılır. Milli valyutalara keçid texnologiyası noyabrın 28-də Kazanda təqdim edilib. Bu, Avrasiya iqtisadi birliyi ərazisində ödəniş sisteminin inkişafı konsepsiyası çərçivəsində olub. Milli ödəniş şurasının direktoru Aleksandr Murıçevin sözlərinə görə, üzv ölkələrin məkanında ümumi ödəniş infrastrukturunun yaradılması məsələsinə baxılır. Bu infrastruktur milli ödəniş kartları vasitəsilə qarşılıqlı hesablaşmaları təmin edə bilər.
Murıçev qeyd edib ki, bu gün birlik ölkələri arasındakı ödəniş dövriyyəsinin yarısı dollar və avro ilə aparılır. Bu isə birlik ölkələrinin digər ölkələrdən asılılığına aparır.
Qeyd edilir ki, Avrasiya iqtisadi birliyi barədə müqavilə Rusiya, Qazaxıstanvə Belarus tərəfindən
bu ilin 29 mayında imzalanıb. Oktyabrda müqaviləyə Ermənistan da qoşulub. Bu barədə razılaşma 2015-ci ilin yanvarından qüvvəyə minəcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info