2015-ci ilin martında Türkiyədə ilk AES-in təməlqoyma mərasimi keçiriləcək
Tarix: 02.12.2014 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Türkiyədə Rusiya layihəsi üzrə gerçəkləşəcək “Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi 2015-ci ilin martında baş tutacaq. “RİA Novosti”nin verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
“Bu ay ərzində biz AES-in yerləşəcəyi bölgədə liman inşaatı ilə bağlı tender elan edəcəyik, mart ayında isə iki ölkənin liderlərinin iştirakı ilə layihənin təməlqoyma mərasimini keçirmək istəyirik”, – deyə T. Yıldız qeyd edib.
Nazir bəyan edib ki, Türkiyənin Ekologiya Nazirliyi tərəfindən “Akkuyu”nun ətraf mühitə təsiri barədə hesabatın təsdiqlənməsi Vladimir Putinin Türkiyəyə səfəri öncəsi Rusiyaya dostluq jesti kimi dəyərləndirilə bilər: “Hesabatın 3700 səhifəsi diqqətlə təhlil olunub və Türkiyə tərəfində layihənin təhlükəsizliyinə şübhə qalmayıb”.
Qeyd edək ki, Mersin yaxınlığında yerləşəcək “Akkuyu” AES-in inşaatı barədə saziş 2010-cu ildə imzalanıb. 4 reaktordan ibarət və hər enerji bloku 1200 meqavatt enerji verə biləcək AES-in layihə qiyməti 20 milyard dollardır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info