Putin məmurların əməkhaqlarını 2016-cı ilə qədər dondurdu
Tarix: 02.12.2014 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Rusiyada prezident administrasiyasının əməkdaşlarının, hökumət aparatının, Hesablama Palatası və Xarici İşlər Nazirliyinin əməkdaşlarının maaşlarının indeksasiyasına moratorium tətbiq edilir. Bu barədə qanunu prezident Putin imzalayıb. Bu barədə RİANovosti məlumat verib. Sənədə görə, 2016-cı ilin 1 yanvarına qədər olan müddətdə dövlət qulluqçularının məvaciblərinin illik indeksasiyası dayandırılır. Daha əvvəl isə Mərkəzi Bank sədrinin birinci müavini bəyan etmişdi ki, Rusiyada inflyasiyanın piki hələ gəlib çatmayıb. Onun fikrincə, qiymət artımı 2015-ci ilin birinci rübündə maksimum olacaq, bu vaxt inflyasiya illik 10 faizə yaxınlaşacaq. Rusiya statistikasına görə, federal dövlət orqanlarında qulluq edən vətəndaşların orta aylıq əlavə əməkhaqqı 2014-cü ilin 9 ayında 96,5 min rubl olub. Bu, bir il öncəki rəqəmdən 18,3 faiz çoxdur.
Yanvardan sentyabra qədər ən çox orta əməkhaqqını prezident administrasiyasının əməkdaşları alıblar - 216,411 min rubl. Onların məvacibi illik 13,8 faiz artıb. Hökumət aparatında orta əməkhaqqı 8,5 faiz artıb və 200,434 min rubl olub. Federasiya Şurasında orta əmək ödənişi 120,035 min rubla çatıb. Bu isə 24,4 faiz artım deməkdir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info