“Biz azərbaycanlıların səsi dünyanın hər yerindən gəlməlidir”
Tarix: 02.12.2014 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Nurlanə Quliyeva: “Ölkə hüdudlarından kənarda yaşayan hər bir insan ölkəmizi layiqli şəkildə təmsil və təbliğ etməlidir”

Azərbaycan -Ukrayna Beynəlxalq Alyansının Hüquq Departamentinin sədri Nurlanə Quliyeva ilə müsahibəni təqdim edirik

- Bir az özünüz haqda danışın?
-Mən Nurlanə Quliyeva Nazim qızı1986-cı ildə Bakı şəhərində anadan olmuşam.İxtisasca hüquqşünasam. Amma indiki işim istisnadır. Hər zaman qeyri-ixtisas sahələrində fəaliyyət göstərmişəm. 2007-ci ildən 2011-ci ilə qədər Hidromas Holdinq QSC- də marketinq şöbəsinin müdiri, sonra Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Neft Fondunun donorluq etdiyi layihədə iqtisadçı, 2012-ci ildən isə həmin fondda Dünya Bankının donorluq etdiyi layihədə şöbə müdirinin müavini vəzifələrində çalışmışam.Bu ilin noyabr ayından Azərbaycan Ukrayna Beynəlxalq Alyansının Hüquq Departamentinin sədri vəzifəsinə təyin olunmuşam.
- Hüquq Departamentinin sədri vəzifəsinə təyin olunduğunuz Azərbaycan Ukrayna Beynəlxalq Alyansı haqqında məlumat verə bilərsizmi?
-Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi, mədəni, idman və turizm əlaqələrinin inkişafına dəstək vermək üçün bir sıra layihələr həyata keçirir. Eyni zamanda Alyans öz imkanlarından istifadə edərək Azərbaycan və Ukrayna həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yardımçı olur. Bu, iki ölkə və xalqları arasındakı münasibətlərin daha da möhkəmlənməsi və inkişafında xüsusi rol oynayan bir qurumdur.
-Siz Azərbaycanın təbliği istiqamətində hansı işlər görürsünüz?
-Mən Alyansa yeni təyin olunmuşam və bu istiqamətdə bir çox layihələr və planlar nəzərdə tutmuşam.Bunların həyata keçməsinin təməlində ölkəmizə dair bir çox məqamları nəinki Ukrayna, eləcə də dünyanın nəzərinə çatdırmaq istəyi durur. Bilirsiniz, mənim hər zaman hər bir işimin təməlində ölkəm və millətimin mənafeyinin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmi və millətimi layiqli şəkildə təbliğ və təmsili durur. Bunu bir vətəndaş, bir azərbaycanlı olaraq özümə borc sayıram.
- Alyansın Dağlıq Qarabağ münaqişəsinin həllində, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrin dünyada tanınmasında nə kimi rolu ola bilər?
- Azərbaycan Ukrayna Beynəlxalq Alyansının iş fəaliyyətinin əsas prinsipi Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrin dünyada tanınması və başqa həqiqətlərimizi dünyaya çatdırmaqdan ibarətdir. Həm ölkəmizi xaricdə layiqli təmsil etməliyik, həm də bu kimi həqiqətlərimizi dünyaya yaymalıyıq. Bayaq da qeyd etdim ki, buna dair bir çox layihə və planlarım var, hansı ki, Alyansın dəstəyi ilə həyata keçirəcəyik.
Son illərdə ölkədə gənclərimizin inkişafı və dünyaya inteqrasiyası haqda nə deyə bilərsiniz?
-Hər zaman deyirəm və özümün də ən əsas həyat prinsiplərimdəndir ki, millətin gələcəyi biz gənclərik və hər birimizin borcudur ki, bu ölkəyə onun mənafeyi və qanunlarına və cənab Prezident tərəfindən biz gənclərə yaradılan bu gözəl şəraitə uyğun formalaşaq, fəaliyyət göstərək, ölkəmizi ölkə hüdudlarından kənarda təmsil və təbliğ edək.
Bilirsiniz, biz gənclərin ən böyük xoşbəxtliyi ondadır ki , Prezident İlham Əliyev potensialımızı göstərməyimiz üçün hər sahə üzrə yüksək səviyyədə şərait yaradılmasına böyük dəstək verib.
Buna misal olaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması”nı, gənclərimizin dünyanın nüfuzlu ölkələrində istər Təhsil Nazirliyi, istər də Dövlət Neft Şirkətinin dəstəyilə təhsil alması və s. nümunə gostərmək olar.
Gənclərin dünyaya inteqrasiyasını yüksək şəkildə dəyərləndirirəm.Ölkə hüdudlarından kənarda hər bir insan, gənc bayaq da qeyd etdim ki, ölkəmizi layiqli şəkildə təmsil və təbliğ etməlidir.Dünyada bu gün çox inkişaf gedir. Biz bunlardan maariflənməli və inkişafa meyilli olmalıyıq.Bu normal haldır, sadəcə təəssüf edirəm ki, bəzi gənclərimiz xarici ölkələrin mədəniyyət, təhsil və s. bu kimi üstünlükləri yerinə, tam əksi olan məqamlarına meyilli olurlar.Ancaq dünyaya inteqrasiya olan, Azərbaycanı ölkə daxili və hüdudları xaricində layiqli təmsil edən çoxlu gənclərimiz var. Bu, məni çox sevindirir. Biz azərbaycanlıların səsi dünyanın hər yerindən gəlməlidir. Ölkəmiz və həqiqətlərimizi dünyanın ən əlçatmaz nöqtələrinə də çatdırmalıyıq.

Fuad Hüseynzadə









 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info