Dərs ilinin uzadılması barədə qərarın icrası ilə bağlı əmr imzalandı
Tarix: 02.12.2014 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna¬məsi”ndə dəyişikliklər edilməsi haqqında” qərarının yerinə yetirilməsi ilə əlaqədar əmr imzalayıb. Təhsil Nazirliyinin məlumatına görə, əmrdə qeyd olunub ki, tədris ilinin başlandığını və ümumi təhsil müəssisələrinin tədris planlarının təsdiq olunub, həyata keçirildiyini nəzərə alaraq “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişikliklər 2015-2016-cı dərs ilindən tətbiq olunacaq.
Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları bu əmrin məzmununun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işləri aparılmasını təmin etməlidirlər. Tapşırılıb ki, Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ili üçün tədris planlarında bu dəyişikliklərin nəzərə alınmasını təmin etsin, Tədris resursları şöbəsi (F.Şahbazlı) qeyd olunan dəyişiklikləri dərslik hazırlığı ilə bağlı məsələlərin həllində nəzərə alsın. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info