“Papanın Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəməyə haqqı yoxdur”
Tarix: 02.12.2014 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


“Roma Papası Fransiskin Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəməyə haqqı yoxdur”. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib. O, qeyd edib ki, Papa Fransiskin belə bir açıqlama verməsi yaxınlaşmaqda olan qondarma "erməni soyqırımı"nın 100 illiyinə yönəlmiş çox təhlükəli bir bəyanatdır. Bir neçə gün əvvəl Türkiyədə səfərdə olan Roma Papası Fransisk Türkiyə-Ermənistan sərhədlərinin yaxın vaxtlarda açılacağına ümid etdiyini bildirmişdi.
Din xadiminin sözlərinə görə, o, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması üçün dua edir.
Papa Fransisk, həmçinin qeyd edib ki, sabiq Baş nazir, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın ötən il aprelin 24-də ermənilərə göndərdiyi məktub xüsusi məna daşıyır və Türkiyə tərəfdən münasibətlərin normallaşmasına doğru atılan ciddi addım kimi qiymətləndirilməlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info