Mətbuat Şurasının rəhbərliyi Macar Turan Fondunun sədri ilə görüşüb
Tarix: 02.12.2014 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Macar Turan Fondunun sədri Andras Biro bir sıra görüşlər keçirib. Ölkəmizə qısa müddətli səfəri çərçivəsində A.Biro Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, MŞ-nin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və "Birlik" jurnalının baş redaktoru İlqar İlkinlə görüşüb.
Görüşdə 2015-ci ildə Macarıstanda Macar Turan Fondu tərəfindən düzənlənəcək "Atilla günü"nə hazırlıqlarla bağlı müzakirələr aparılıb. A.Biro bildirib ki, gələn ildən başlayaraq hər il avqust ayında Macarıstanda "Atilla günü" olaraq böyük bir festivalın təşkili nəzərdə tutulub. Məqsəd bütün türk xalqları ilə əlaqələrin daha da inkişaf etdirilməsi və Avropada türk xalqlarının tarixlərinin, mədəniyyətlərinin daha yaxından tanıdılmasına nail olmaqdır. Görüşdə Macar Turan Fondunun sədrinə Azərbaycan Mətbuat Şurası və ATXƏM adından "Türk Dünyasına üstün xidmətlərinə görə" ödülü təqdim olunub. Qeyd edək ki, Macar Turan Fondunun başlatmış olduğu Hun-Türk qurultayları Avropada yeni bir Hun dalğasının yaranmasına səbəb olub. Hər iki ildən bir keçirilən bu qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyektlər olaraq var olan avarlar, başkurtlar, çuvaşlar, qaqauzlar, qaraqalpaqlar, tatarlar, tuvalar, yakutlar, noğaylar, moğollar böyük bir nümayəndə heyəti ilə təmsil olunurlar. 8-10 avqust 2014-cü il tarixində sayca V Turan Qurultayı olaraq tarixə düşən növbəti qurultay Macarıstanın Buğacı bölgəsində gerçəkləşib. Qurultayda 27 dövlətdən olmaqla böyük bir nümayəndə heyətləri ilə təmsil olunublar. Avropanın bütün bölgələrindən qurultaya maraq göstərən ziyarətçilərin sayı isə 250 mindən çox olub.





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info