Boksçularımız 8 medal qazanıb
Tarix: 02.12.2014 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Serbiyanın Vryaçka Banya şəhərində sayca 57-ci dəfə keçirilən “Golden Glove” beynəlxalq boks turnirinə yekun vurulub. Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan yığması yarışda 9 boksçu ilə təmsil olunub. Turnirdə 10 ölkənin 54 idmançısı mübarizə aparıb. Yığmamız Serbiyada 3 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olub. Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) finalda Ukrayna nümayəndəsi İvan İyuxta üzərində qələbə qazanaraq, 1-ci yerə layiq görülüb.
Superağır çəki dərəcəsində çıxış edən Kamran Mehdiyev serbiyalı Milutin Stankoviçi məğlub edib. Valeh Ramazanov isə (64 kq) finalda rusiyalı Eduard Xusainovdan üstün olub - 2:1. Rüfət Hüseynov (49 kq) həlledici görüşdə rusiyalı Bator Saqaluyevə, Elnur Şəfiyev (52 kq) rusiyalı Vyaçeslav Taşkarakova, Elvin Qəmbərov(81 kq) isə Rusiyanın digər təmsilçisi Pavel Salıginə uduzub. Fərid Ağamoğlanov (56 kq) və Roman Zakirov (69 kq) 3-cü yerlə kifayətləniblər.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info