Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək
Tarix: 02.12.2014 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Dekabrın 13-dən 15-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olmuş, 1996-cı il və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. AGF-dən bildiriblər ki, şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, klubları, təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar AGF-nin Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq-dək, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq-dək çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Proqrama əsasən, dekabrın 12-də saat 16:00-da ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Dekabrın 14-də 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
“Sumqayıt” futbol akademiyası seçim mərhələsinin ikinci turuna başlayıb
25.03.2019
Xorvatiya bu dəfə məğlub oldu
25.03.2019
Almaniya millisi səfərdə Hollandiyanı məğlub edib
25.03.2019
“Avro-2020”: Macarıstan və Uels qələbə qazanıb
25.03.2019
Rusiya Avro-2020 seçmə mərhələsində Qazaxıstana qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info