Sabunçu rayonunda “3 dekabr- Beynəlxalq əlillər günü” qeyd olundu
Tarix: 02.12.2014 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən “3 Dekabr - Beynəlxalq Əlillər günü” ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Bununla əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Sabunçu rayon “Müharibə, əmək və silahlı qüvvələr veteranlar şurası”nın, Sabunçu rayon “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin, Sabunçu Rayon “Çernobıl Əlillər Cəmiyyətinin”, Rus və Ukrayna İcmasının, Azərbaycan Əlillər Cəmiyyətinin sədrləri, eləcə də Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş 140 nəfər iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərdən olduğunu bildirdi. A.Məmmədova çıxışında vurğuladı ki, əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Sabunçu rayonunda həyata keçirilən işlərdən danışdı. Qeyd olundu ki, rayonda qeydiyyatdan keçmiş 5343 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır.
Sonra tədbirdə Sabunçu rayon “Müharibə, əmək və silahlı qüvvələr veteranlar şurası”nın sədri Elxan Mirzəyev, Sabunçu rayon “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Zülfüqar Cəfərov və digər tədbir iştirakçıları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdilər. Tədbir əyləncəli proqramla davam etdi, sonda isə Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim edildi.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info