“Bakı mədəniyyət və idman paytaxtına çevrilib”
Tarix: 02.12.2014 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


“Mən ilk dəfə Bakıya tələbə ikən gəlmişdim. O vaxt da paytaxtınız Cənubi Qafqazın ən gözəl şəhəri idi, indi də. Bu gün isə Bakı mədəniyyət və idman paytaxtına çevrilir”.
İkinci Bakı Beynəlxalq İdman Filmləri Festivalının münsiflər heyətinin sədri Endre Florian bu sözləri “Baku Guide” bələdçi kataloqunun dekabr nömrəsində dərc olunan eksklüziv müsahibəsində deyib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun yeni sayı da zəngin materialları, nəfis tərtibatı və dizaynı ilə seçilir. Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrin növbəti buraxılışında paytaxtımızın mədəni və işgüzar həyatı, dekabr ayında nəzərdə tutulan müxtəlif tədbirlər barədə məlumatlar, teatr və konsert müəssisələrinin repertuarı, kinoteatr, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur. Kataloqda, həmçinin Yeni il münasibətilə təşkil olunacaq əyləncəli gecələr, bayram şənlikləri barədə ətraflı informasiyalar, dekabrın 17-dən 22-dək Şəkidə keçiriləcək 9-cu Prezident Kuboku uğrunda çövkən milli oyunu barədə məlumatlarla da zəngindir. “Azərbaycan mətbəxi” rubrikamızda isə oxucular daha bir ləzzətli təamımız - ləvənginin hazırlanma qaydası ilə tanış olacaqlar. Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin “Bakını “City sightseeng”lə kəşf edin”, “Bakıdan xatirə” və digər bölmələr, şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar yer alıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info