Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 6 milyard dollardan çox vəsait xərclənib
Tarix: 02.12.2014 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Azərbaycanda son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı xərclənən vəsaitin miqdarı açıqlanıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, son 20 ildə qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək problemlərinin həlli istiqamətində görülən tədbirlər, xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar 6,1 milyard dollar məbləğində vəsait xərclənib.
Bu vəsaitin 2,5 milyard dolları Dövlət Neft Fondunun vəsaitidir. Təkcə bu vəsait hesabına respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və hündür mərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 210 min nəfər bu qəsəbələrə köçürülüb. Bunlarla yanaşı, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız da var, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun mərhələli şəkildə tədbirlər həyata keçirilir. Azərbaycanda bu sahədə görülən tədbirlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən dünyanın oxşar problemlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilib.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info