Rauf Arifoğlu Əli Kərimlini məhkəməyə verir
Tarix: 03.12.2014 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini məhkəməyə verir. Bu barədə “Trend”ə eksklüziv açıqlamasında R.Arifoğlu bildirib.
R.Arifoğlu bildirib ki, Ə.Kərimli aşırı həddə gəldiyi üçün artıq iddia ərizəsi hazırlayıb: "Əli Kərimli dəfələrlə bizi məhkəməyə verib. Mənə qarşı aşırı həddə gəldiyi üçün artıq iddia ərizəsi hazırlatmışam. Biz sabah, ya da birigün "Azadlıq" qəzeti, Əli Kərimli və onun sosial şəbəkələrdəki bir sıra fəalları ilə bağlı məhkəməyə müraciət edəcəyik. Demirlər ki, mən satqınam, Azərbaycan xalqını satmışam, bunları satıb pul almışam? Zəhmət çəkəcəklər, məhkəmədə bunları sübut edəcəklər. Mən Əli Kərimlinin özünün məhkəməyə gəlməsini tələb edəcəyəm və böyük ehtimalla xüsusi ittiham qaydasında da bir sıra AXCP üzvlərinə qarşı iddia qaldıracağıq. Qoy bizə desinlər ki, hakimiyyətin tapşırığı ilə kimlərisə həbs etdirmək istəyirlər. Mən hesab edirəm ki, hakimiyyət mənim sözümə baxan olsaydı, mənim üzərimdə hazırda xüsusi ittiham qaydasında olan iddiaları aradan götürərdi".
Baş redaktor hesab edir ki, hətta bu adamların həbs olunması, içəridə olması, müəyyən müddət ictimai fəaliyyətdən uzaqlaşması Azərbaycan naminə böyük bir fayda olardı: "Mən Azərbaycan naminə bu addımı atacağam".




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
18.05.2019
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18.05.2019
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18.05.2019
Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
18.05.2019
YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info