Bradtke: “Türkiyə Suriyaya gedən muzdlular üçün əsas “giriş qapısı”dır”
Tarix: 03.12.2014 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


“Son zamanlar ABŞ-la birlikdə atılan məhdudlaşdırıcı addımlara baxmayaraq, Türkiyə Suriyaya gedən muzdlu silahlıların əsas keçid yolu olaraq qalmaqdadır”. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin baş məsləhətçisi Robert Bradtke deyib. O bildirib ki, Türkiyə öz ərazisindən Suriyaya muzdlu silahlıların keçməsinin qarşısını almaq üçün ABŞ və beynəlxalq ictimaiyyətlə fəal əməkdaşlıq edir:
“Türkiyə bölgədə ABŞ-ın mühüm tərəfdaşıdır. ABŞ və Türkiyə Suriyada Bəşər Əsədsiz siyasi nizamlanmada maraqlıdır, Suriya və İraqdakı terror qruplaşmaları ilə mübarizədə bizim ortaq maraqlarımız var. Biz əminik ki, Türkiyə əcnəbi muzdluların Suriyaya axınının qarşısını almaq istiqamətində addımlar atır və biz Ankara ilə bu məsələ ətrafında dialoq aparırıq”.
R. Bradtke Türkiyənin Suriyaya gedən muzdlular üçün əsas “giriş qapısı” olmasının səbəblərini şərh edərək xatırladıb ki, Türkiyəyə hər il 37 milyonadək turist səfər edir: “Bu ölkə Suriya ilə ən uzun (900 km-dək) sərhədə malikdir. Bundan başqa, Türkiyə ərazisində 1 milyondan çox suriyalı qaçqın məskunlaşıb və məhz qaçqın düşərgələrində muzdluların cəlb olunması həyata keçirilə bilər”
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info