“Biz bütün təhdidləri aşmağı bacardıq və böyük irəliləyişə nail olduq”
Tarix: 03.12.2014 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


"Azərbaycan Əfqanıstanın mövcud ehtiyaclarını görür və Əfqanıstan üçün model ola bilər".
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstan üzrə nazirlər səviyyəsində toplantısında çıxışı zamanı bildirib.
Nazir Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin dekabrın 2-də Azərbaycana səfərinə toxunaraq iki ölkə arasında Əfqanıstanın gələcəyinə dair intensiv və açıq fikir mübadiləsinin aparıldığını qeyd edib: “Əfqanıstan hökumətinin nəhəng islahatlar gündəliyi var. Bu yalnız təhlükəsizlik deyil. Əlbəttə ki, təhlükəsizlik davamlılığın ilk sütunudur. Sənaye və infrastruktura böyük sərmayələr cəlb edilməlidir. Mənim ölkəm 20 il bundan əvvəl müharibə ilə üzləşib, amma biz bütün bu təhdidləri aşmağı bacardıq və böyük irəliləyişə nail olduq”.
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Əfqanıstana bir çox sahələrdə, eləcə də insan kapitalının inkişafı üçün təhsil və təlim sahəsində yardım edir: “Dəmir yol əlaqəsi Əfqanıstan üçün çox vacibdir. Hazırda ölkədə bir dəmir yol əlaqəsi var. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Əfqanıstanı Avropa ilə birləşdirən dəmir yol layihəsi ölkənin davamlı inkişaf üçün vacib elementlərdən biridir”.
Qətiyyətli dəstək missiyasının başlanmasının Əfqanıstanın gələcəyi üçün vacib olduğunu bildirən nazir qoşunlar, təlim, maliyyə yardımı və tranzit formasında əsaslı töhfələr verməklə Azərbaycan bu missiyada öz rolunu oynayacağını qeyd edib.
“Bizim regionda olan proseslər onu göstərir ki, daha çox uğurlara imza atmaq üçün beynəlxalq birliyin Əfqanıstana dəstəyi qarşıdan gələn illərdə davam etməlidir”, deyə XİN rəhbəri vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info