Azərbaycan və Türkiyə birgə peyk istehsal edəcəklər
Tarix: 03.12.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycan və Türkiyə peyklərin birgə istehsalını təşkil etmək imkanlarını müzakirə edirlər. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Türkiyənin elm, texnologiyalar və sənaye naziri İşıq Fikri bildirib. Onun sözlərinə görə, bununla əlaqədar araşdırmaların aparılması gözlənilir: "Zənn edirik ki, bu sahədə yeni layihələri birgə səylərlə reallaşdırmaq mümkün olacaq. Hələlik bu məsələ müzakirə mərhələsindədir". İ.Fikri ikinci peykin istifadəyə başlaması və ölkənin bu sahədə əldə etdiyi uğurlar münasibətilə Azərbaycanı təbrik edib.
Qeyd edək ki, Azərbaycan 2014-cü ilin iyununda imzalanmış Azərbaycan və Fransanın kosmik sənaye sahəsində strateji əməkdaşlığı çərçivəsində orbitə buraxılan SPOT-7 (AzerSky) aşağıorbitli peykin idarəçiliyini əldə edib.
"Azersky" adı verilən peyk dekabrın 2-də "Bakutel-2014" sərgisi çərçivəsində "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış saziş əsasında Azərbaycana təhvil verilib.
Sazişə uyğun olaraq, Fransa şirkətinə məxsus olan "Azersky" və "SPOT 6" peyklərindən daha keyfiyyətli xidmətlərin göstərilməsi üçün birgə istifadə olunacaq. "Azersky" və "SPOT 6" Yer səthinin gün ərzində altı milyon kvadrat metrlik ərazisində çəkiliş apara biləcəklər ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür. Bundan başqa, Azərbaycanda “Azerkosmos” ASC-yə məxsus "Pléiades 1A" və "Pléiades 1B" peyklərindən Yer səthinin şəklini çəkməyə imkan verən yerüstü qurğu tikiləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info