Qraçya Rostomyan: “Azərbaycanda qalib gəlmək çətin olacaq”
Tarix: 03.12.2014 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


“Azərbaycana yollanana qədər Bakıda təhlükəsizliklə bağlı bəzi suallar qalmaqda idi. Burada söhbət həm də idmanın növündən asılı olaraq, zəruri şərtlərdən gedirdi. Məsələn, atıcılıq yarışlarında tam sakitlik təmin olunmalıdı. İdmançılarımızın məskunlaşacağı yer və başqa məsələlərə də tam aydınlıq gəlməli idi. Yalnız bundan sonra Bakıya getmək məsələsini müzakirə etmək olardı”. Bunu Ermənistan Milli Olimpiya Komitəsinin (EMOK) baş katibi Qraçya Rostomyan deyib.
O, Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Baş Assambleyasında Azərbaycana səfərini dəyərləndirib. EMOK-un İdarə Heyətinin rəhbəri Vaqinak Qalstyanla birgə noyabrın 21-22-də paytaxtımızda olan Rostomyan erməni mətbuatına Bakıdakı görüşlərin təfərrüatını açıqlayıb. Rostomyan bildirib ki, əsas söhbət mövzusu gələn il keçiriləcək I Avropa Oyunlarında iştirakları ilə bağlı olub: “Biz bütün suallarımıza cavab aldıq. AOK Avropa Oyunlarının Təşkilat Komitəsi ilə birgə öhdəçilikləri üzərinə götürdü. Mən də əminəm ki, bunlara əməl ediləcək. Hər hansı problemin yaranacağı halda, bizim atacağımız addımlar AOK-la sinxron olacaq. Bu qurum Olimpiya Xartiyasında yazıldığı kimi, lazımı ölçüləri götürəcək. Bəli, erməni boksçuları və güləşçilərinin Azərbaycana getməsi ilə bağlı mənfi hallar olub. Amma AOK-la ayrı-ayrı federasiyaların təşkil etdiyi yarışları dəqiq fərqləndirmək lazımdı. Burda heç bir müqayisə mümkün deyil. Avropa Oyunları Bakıya məxsus deyil, necə ki, Olimpiya Oyunları Londonun deyildi. Bütün qərar verənlər BOK və AOK-u təmsil edir. Hansısa ölkələrin bu qurumlara təsir edəcəyinə şübhə edirəm”.
Avropa Oyunlarında iştiraklarını təsdiqləyən Rostomyan Ermənistana qayıtdıqdan sonra bu qərarın bir daha müzakirə olunacağını deyib: “İndi Ermənistan Olimpiya Komitəsi, başda prezident Qaqik Tsarukyan olmaqla, ölkə idman ictimaiyyəti ilə müzakirələr aparacaq ki, bundan sonra yekun qərar verilsin. Erməni idmançıları dünyanın istənilən nöqtəsində ölkənin şərəfini qorumağa hazırdırlar. Azərbaycan da istisna deyil. Orada qalib gəlmək çətin olacaq. Buna görə də qələbənin çəkisi daha dəyərli hesab ediləcək. Məqsədimiz birdi – medallar. Burada Olimpiadaların əsas devizi olan “Əsas iştirakdı” devizi işləmir. Azərbaycana idmançıları turist kimi aparmayacağıq. Yalnız mükafatlara namizədlər heyətdə yer alacaq. Azərbaycan cüdoçuları 2009-cu ildə İrəvanda gənclərin Avropa çempionatında qızıl medal qazana bilmişdi. İndi növbə bizimdi”.
Baş katib bildirib ki, Assambleyada iştirak edən ölkələrin rəsmiləri onlara Olimpiya birliyini dəstəklədikləri üçün təşəkkür ediblər: “Əlbəttə, siyasi vəziyyət kəskinləşə bilər və heç nə istisna olunmur. Lakin belə olsa da, düşünürəm ki, AOK öz idman şərtlərini siyasətə diktə edə biləcək. Avropa Oyunları AOK-un xəyalı idi və illərlə buna doğru gediblər. Qitə oyunları Avropadan başqa, hər yerdə keçirilirdi. Lakin burada bunu təşkil etmək alınmırdı. Çünki federasiyalar müqavimət göstərirdilər”.
Rostomyan Bakının Avropa Oyunlarına hazırlığı, nümayəndə heyətinin harada yerləşəcəyi, necə gəlib-gedəcəkləri barədə suallara da aydınlıq gətirib: “Belə təəssürat yaranır ki, Bakı Avropa Oyunlarını qəbul etməyə tam hazırdı. Burada nəhəng məbləğlərdə maliyyə qoyuluşları edilib. İştirakçılara assamleyaya qatılan ölkə Prezidenti İlham Əliyev də müraciət edib. O, 49 ölkənin MOK üzvünü salamlayıb. Erməni nümayəndə heyətinin qalacağı yerin təhlükəsizliyi nəzərə alınmaqla seçiləcək. Birbaşa Bakıya yarışa yollanıb, yarış bitdikdən sonra dərhal geri dönəcəyik. Azərbaycana gedəcək heyət Qarabağ müharibəsinin iştirakçıları deyil. Bunlar öz töhfəsini bayrağı qaldırıb, himni səsləndirməklə verə bilər. Bir daha bildirim ki, yekun qərarımızı hələ verməmişik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info