Qafqazın ən böyük məscidinin tikintisi yekunlaşıb
Tarix: 03.12.2014 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən və tikintisi yekunlaşan Qafqazın ən böyük məscid kompleksinin ətrafında abadlıq-quruculuq işləri də artıq yekunlaşmaq üzrədir. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən aprel ayından etibarən yeni yol salınıb və hazırda son tamamlanma işləri aparılmaqdır.
6-cı mikrorayonu 9-cu mikrorayonla ən qısa məsafədən birləşdirən yol 6-cı mikrorayon Svetlana Məmmədova küçəsi 207 ünvanından başlayır. İki istiqamətli, dörd zolaqlı olan yolda 21 ədəd işıq dirəyi quraşdırılıb, müasir standartlara cavab verən asfalt örtüyü vurulub.
Svetlana Məmmədova 205A ünvanında yerləşən köhnə parkda abadlıq işləri aparılıb. Oktyabr ayından etibarən inşasına başlanılan yeni parkda ilkin mərhələdə 1500 kvadratmetrədək ərazidə yaşıl çəmən örtüyü salınıb, 6 ədəd leylandra ağacı, 500-dək müxtəlif gül kolları (qızılgül və xrizantema), 1 klumba, həmçinin 34 ədəd müxtəlif ağac əkilib, geniş bəyaz söhbətgah quraşdırılıb. Parkda 33 işıq dirəyi, 10 oturacaq, 12 urna, uşaq əyləncə, həmçinin idman meydançası yer alır. 246 saylı məktəbin önündə isə 16 ədəd leylandra növlü şam ağacları əkilib.
Sözügedən ərazinin abadlaşdırılması işləri çərçivəsində “Məscid döngəsi” kimi tanınan hissədə 125 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü salınıb, 1 ədəd klumba (gül və ağac kompazisiyası), həmçinin 295 ədəd sarmaşıq kolu əkilib. Bundan əlavə, yolu əhatə edən hasar örtükləri də xüsusi dizaynla yığılıb, şəbəkə işləri ilə bəzədilib. Bu işlərin davamı kimi, məscidin ətrafındakı zeytunluq adlanan ərazinin önündə 1600 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü salınıb, 25 ədəd buksus, 2400 ədəd müxtəlif güllər (qızılgül və xrizantema) əkilib.
Svetlana Məmmədova 205A, Üzeyir Hacıbəyov 2A, 4B, 4, 8 saylı yaşayış evlərinin də fasadlanması işləri də tamamlanmaq üzrədir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info