“Pənah” Əlillərin Müdafiəsi Cəmiyyəti “Əlillər Günü” nü qeyd etdi
Tarix: 03.12.2014 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


3 dekabr dünyada Beynəlxalq Əlillər günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən Beynəlxalq Əlillər günü ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanıb.
Heydər Əliyev Sarayında 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş konsert keçirildi. Heydər Əliyev Sarayı və “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən cəmiyyətin sədri Gülbəniz Bayramova bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır.
Bugünkü konsertin keçirilməsində əsas məqsəd fiziki qüsurlu istedadları səhnəyə çıxarmaq, cəmiyyətə inteqrasiya etməkdən ibarətdir.
G.Bayramova həmçinin bildirdi ki, Pənah” Əlillərin Müdafiəsi Cəmiyyəti 1998-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərliyi cəmiyyətin fəaliyyətə başladığı vaxtdan bu günə kimi öz dəstəyini əsirgəməmiş, tədbirlərin, layihələrin keçirilməsində lazımi köməklik göstərmişdir. Əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Ölkədə əlillərin sosial müdafiəsi istiqamətində dövlət səviyyəsində görülən işlər bu təbəqənin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaradır. Bu yönümdə həyata keçirilən tədbirlər ölkə rəhbərliyinin sosial siyasətə daim sadiq qaldığını sübuta yetirir.
Əlillərin məişət və sosial problemlərinin həlli, onların sağlamlığının qorunması, həyat səviyyəsinin yaxşılaşdırılması və digər bu kimi işlərin həyata keçirilməsi və onlara layiqli xidmət etmək Pənah” Əlillərin Müdafiəsi Cəmiyyətinin əsas fəaliyyət istiqamətini təşkil edir. Ümumiyyətlə, bu gün Azərbaycanda 360 minə yaxın əlil insan vardır. Onlardan 10 min nəfərindən çoxu Pənah” Əlillərin Müdafiəsi Cəmiyyətinin üzvüdür.
Tədbirdə qeyd olundu ki, cəmiyyət 15 ildən çoxdur ki, 3 dekabr - Beynəlxalq Əlillər Gününü qeyd edir. Əlil vətəndaşlara, xüsusilə əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Hər il ölkədə qeyd olunan Novruz, Qurban, Ramazan bayramlarında da cəmiyyət öz üzvlərinə bayram süfrələri açır, müxtəlif yardımlar edir, köməklik göstərir. Bundan başqa , əlillərin sağlamlığının qorunması istiqamətində də bir çox işlər görən cəmiyyət 2013-cü ildə dialez (böyrək) xəstəliyindən əziyyət çəkən Neftçala sakini Abışov Ramili Bakıda müalicə olunduğu müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmiş, həmçinin dialezin alınmasında, müalicəsində ona köməklik göstərmişdir.
Tədbirdə digər çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, sənət adamları əlil vətəndaşlarımıza, xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə, dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, əlillər cəmiyyətin bərabər hüquqlu üzvləridir və onların ölkədə gedən bütün proseslərdə fəal iştirakı təmin olunmalıdır.
Tədbirin sonunda “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyətinin sədri Gülbəniz Bayramova cəmiyyətin fəaliyyətində yaxından iştirak etdiyinə və köməklik göstərdiyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliklərinə və neçə illərdir ki, Heydər Əliyev Sarayında əlillər üçün təşkil olunan tədbirlərə təmənnasız şəkildə şərait yaradan sarayın direktoruna minnətdarlıq üçün diplomlar təqdim etdi. Həmçinin, Pənah” Əlillərin Müdafiəsi Cəmiyyətinin üzvü Para-Taekvondo üzrə Üçqatqat dünya çempionu Aynur Məmmədovaya bu ilin noyabr ayında Antalya şəhərində keçirilən çempionatda qızıl medala sahib olaraq, ölkəmizin adını ucaltıdığına görə, cəmiyyət tərəfindən məişət soyuducusu təqdim olundu. Bundan başqa , Gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik Musiqi Məktəbinə video-kamera hədiyyə olundu.
Konsertdə, əməkdar artistlər Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Könül Xasıyeva, müğənnilər Seyran Mirqəniyev, Bəturə Hüseynova, Murad Sadıq və aşıq Telli Borçalı fiziki qüsurlu istedadlara dəstək məqsədi ilə eyni səhnəni bölüşdülər. Müğənniləri səhnədə Bakıdakı Gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik Musiqi Məktəbinin “Nur” instrumental ansamblı və fiziki qüsurlulardan ibarət “Duyğu” ansamblı müşayiət edib. Sonda musiqi ifaçılarına da cəmiyyətin qiymətli hədiyyələri təqdim olundu.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info