“Jewish News”: “Azərbaycan əhalisi dünyada ən tolerant insanlardır”
Tarix: 03.12.2014 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


“Son on il ərzində Azərbaycan bir çox ölkələrə neft və qazın əsas idxalçısı olub, eləcə də innovasiya texnologiyaları və infrastruktura sərmayələr yatıraraq sürətlə inkişaf edən ölkəyə çevrilib”. Bu barədə “Faith Matters” dinlərarası və antiekstremist təşkilatının təsisçisi və direktoru, “Tell MAMA” təşkilatının yaradıcısı Fiyaz Muqalın Britaniyanın “Jewish News.co.uk” saytında dərc olunmuş mıqaləsində deyilir. Müəllif yazır ki, ölkənin infrastrukturu regionda ən yaxşılarından biridir və onun əhalisi dünyada ən tolerant insanlardır ki, bu da təsadüfi deyil. Gərgin vəziyyətin formalaşdığı regionda Azərbaycan Prezidenti İlham Əliyev bütün icmaların Azərbaycan cəmiyyətində öz yerini tutmasının tərəfdarıdır.
Məqalədə deyilir ki, Azərbaycan həmişə yeni ideyaların mənbəyi olub. Mürəkkəb proseslərin getdiyi regionda yerləşən Azərbaycanda bütün icmaların nümayəndələri bərabər hüquqlara malikdirlər.
Ölkədə yəhudi icması mövcuddur. Bu icmanın nümayəndələri Azərbaycanda eramızın birinci əsrindən yaşayırlar və əsasən müsəlman əhalisinin əhatəsində inkişaf ediblər. Müəllif yazır ki, Azərbaycanda müsəlman sünni və şiə icmalarının, yəhudi və pravoslav icmalarının, bir sıra başqa dini ənənələrin nümayəndələri dinc yanaşı yaşayır və onlar özlərini ölkənin bir hissəsi hesab edirlər.
Məqalədə bu modelin təsadüfi olmadığı deyilir. Bu, dini müxtəlifliyin istisnasız olaraq ölkənin irs və ənənələrini tamamlayan amil olduğunu hesab edən Azərbaycanın və onun xalqının seçdiyi yoldur.
Müəllif yazır ki, habelə Azərbaycanla İsrail arasında əlaqələr uzun illər möhkəmlənib.
1998-ci ildə Baş nazir Binyamin Netanyahunun Azərbaycana səfəri iki ölkə arasında daha sıx əlaqələrin yaranmasına səbəb oldu. Məqalədə deyilir ki, bu, Baş nazirin Azərbaycanın antisemitizmin heç bir formada intişar tapmadığı tarixə malik olması barədə bəyanatında əks olunub.
Nəşr yazır ki, azərbaycanlılar antisemitizmin bu müsəlman ölkəsində mövcud olmadığı ilə fəxr edirlər. Ölkə və onun rəhbərliyi hesab edir ki, Azərbaycan antisemitizmin sadəcə olaraq mövcud olmadığı şəraitin yaradılmasına nümunədir. Bu ölkədə yəhudi icmaları iki min ildən artıq bir dövrdə dinc yanaşı yaşayıblar.
Müəllif yazır ki, istənilən hücum cəhdi bütün azərbaycanlılara hücum kimi qəbul edilir və burada azlıqlara münasibətdə dözümsüzlüyün və fanatizmin təzahürü sadəcə olaraq mövcud deyil.
Məqalədə deyilir ki, buna baxmayaraq, ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çətinlikləri var: "Bununla yanaşı, aydındır ki, Azərbaycan regionda güc tətbiqinin köməyi ilə öz nüfuzunun genişlənməsini görmür və sakit diplomatiya mövqeyini tutur. Öz müstəqilliyini və həyat tərzini əzizləyən ölkə üçün hərbi ssenaridən istifadə variant deyil”.
Məqalədə bildirilir ki, Azərbaycanla İsrailin əməkdaşlığı müxtəlif sahələrdə genişlənir və ölkə rəhbərliyi daha sıx əlaqələrin inkişafını davam etdirir.
Müəllifin fikrincə, Azərbaycanla İsrail bir çox oxşarlıqlara malikdirlər: "Hər iki ölkənin zəngin irsi var. Hər iki dövlətin ərazi münaqişəsi problemi var. Azərbaycanın müsəlman və yəhudi icmaları arasında əlaqələrin möhkəmlənməsində lider olması ikitərəfli münasibətlər çərçivəsində onun əldə etdiklərinə nümunədir".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info