DMX: “22000-dən çox əcnəbinin könüllü olaraq öz ölkələrinə qaytarılması təmin olunub”
Tarix: 03.12.2014 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Miqrasiya Xidməti tam gücü ilə fəaliyyət göstərir. Son 10 ay ərzində Azərbaycanda qanunsuz yaşayan 4000-dən artıq əcnəbi inzibati qaydada ölkədən çıxarılıb, 3000-nə yaxın əcnəbinin ölkə ərazisində yaşaması leqallaşdırılıb, 22000-dən artıq əcnəbinin könüllü olaraq öz ölkələrinə qaytarılması təmin olunub. Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev “Cənubi Qafqazda Səmərəli Readmissiya İdarəçiliyinin Yaradılmasının Dəstəklənməsi” layihəsi çərçivəsində qayıdış və readmissiya üzrə beynəlxalq seminarın açılış mərasimində deyib. P.Musayev qeyd edib ki, DMX “Cənubi Qafqazda səmərəli readmisiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsinin həyata keçirilməsində tərəfdaş kimi iştirak edir. Bu layihənin həyata keçirilməsi bu gün Cənubi Qafqaz ölkələri, eləcə də Azərbaycan üçün ən vacib məsələlərdən biridir. Bu layihənin vacibliyi Azərbaycan Respublikası və Avropa İttifaqı arasında viza sadələşdirilməsi və readmissiya məsələləri üzrə imzalanmış və hazırda qüvvədə olan sazişlə bağlıdır. DMX isə bu istiqamətdə məsələlərin həlli üzrə səlahiyyətli qurum kimi müəyyənləşdirilib.
Onun sözlərinə görə, artıq readmissiya məsələlərinin həyata keçirilməsi ilə bağlı artıq Avropa ölkələrinin dövlət miqrasiya xidmətlərindən Azərbaycan hökumətinə müvafiq sorğular daxil olmağa başlayıb.
Rəis müavini bildirib ki, DMX-nin 2 saxlama mərkəzi artıq fəaliyyət göstərir və bu mərkəzlərdə readmissiya olunacaq şəxslərin yerləşdirilməsi üçün tam şərait mövcuddur: “Biz artıq Avropa İttifaqına göndəriləcək şəxslərin qəbul edilməsinə demək olar ki, hazırıq. Saxlama mərkəzlərində readmissiya olunacaq şəxslərin saxlanılması ilə bağlı məsələlər qanunvericilikdə öz əksini tapıb”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Jeroen Villems diqqətə çatdırıb ki, bu gün dünya əhalisinin 3 faizi miqrantdır: "Bu gün Avropa İttifaqının 4 faiz əhalisi miqrantdır. Araşdırmalar göstərir ki, miqrasiya dövlətlərə bir çox iqtisadi üstünlüklər gətirir. Eyni zamanda ölkələr üçün miqrasiya problemləri yaradır. Hesab edirəm ki, bu məsələlərin həllində readmissiya daha çox köməyə gələ bilər".
Tədbirdə çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak isə layihənin əhəmiyyətindən danışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info