“Ermənistan vətəndaşları özlərini Azərbaycan vətəndaşları kimi qələmə verirlər”
Tarix: 03.12.2014 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Bəzi ölkələrdə qanunsuz yaşayan Ermənistan vətəndaşları özlərini qəsdən Azərbaycan vətəndaşları kimi qələmə verirlər. Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev Bakıda “Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsi çərçivəsində qayıdış və readmissiya üzrə keçirilən beynəlxalq seminarın açılış mərasimində deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının müxtəlif ölkələrində yaşayıb işləyən Azərbaycan Respublikasının vətəndaşları var. Onların bir qismi bu ölkələrdə qanuni şəkildə yaşayırlar, digər qismi isə heç bir sənəd olmadan qanunsuz şəkildə yaşayır və həmin ölkələrin müvafiq saxlama mərkəzlərində uzun müddət qalırlar.
DMX-nin rəis müavini bəyan edib ki, bu şəxslərin hüquqlarının qorunması Azərbaycan hökumətinin üzərinə düşür və həmin şəxslərin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlər görüləcək: “Çünki bizim əməkdaşlarımız həmin ölkələrin saxlama mərkəzlərində olarkən orada saxlanılan şəxslərlə bir sıra görüşlər keçirərkən məlum olub ki, həmin şəxslərin bir çoxu heç Azərbaycan Respublikasının vətəndaşları deyil, bir qismi Ermənistan vətəndaşlarıdır və özlərini Azərbaycan vətəndaşları kimi qələmə verirlər. Onlar istəyirlər ki, həmin ölkənin müvafiq qurumları onların vətəndaşlıqlarını müəyyənləşdirə bilməsin”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info