“İslam ölkələrinin informasiya qurumları birləşmə məsələsini gündəliklərində saxlamalıdırlar”
Tarix: 03.12.2014 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


“Müsəlman ölkələrinin kütləvi informasiya vasitələri mövcud həssas zamanda İslam dininin həqiqətlərini dünyaya çatdırmalıdırlar”. Bunu Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İRNA agentliyinə deyib.
C.Axundov bildirib ki, İslam ölkələrinin informasiya qurumları birləşmə məsələsini gündəliklərində saxlamalı və İslamı dünyaya birgə çatdırmalıdırlar: “Müsəlman ölkələrinin KİV-i ifratçılıq və zorakılıqla mübarizədə önəmli rol oynaya və İslamın ifratçılıq və zorakılığa qarşı olduğunu göstərə bilərlər”.
Onun sözlərinə görə, bu gün dünyada KİV-in təsir gücü artır, buna görə də müsəlman ölkələrinin KİV-i də güclənməli və yeni texnologiyalarla təchiz olunmalıdır.
Səfir müsəlman ölkələri KİV-i arasında yaxınlaşma yaradılması baxımından Tehranda keçirilən İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, İslam ökələrinin informasiya nazirlərinin 10-cu iclası dekabrın 3-4-də Tehranın Azadi hotelində keçirilir. “İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-lərin yaxınlaşması” şüarı ilə keçirilən iclasda 57 müsəlman ölkəsi təmsil olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info