Sosial siyasət kursunda əlilliyi olan şəxslərin sosial müdafiəsi mühüm yer tutur
Tarix: 03.12.2014 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


3 dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, əlil ictimai birliklərinin nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Əlillər gününün qeyd edildiyini, əlilliyi olan şəxslərə dövlət qayğısının artırılmasının ölkəmizin sosial dövlət statusunun səciyyəvi cəhətlərindən olduğunu bildirib. Nazir Ümummilli lider Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi böyük diqqət və qayğıdan söz açıb, Azərbaycan Prezident cənab İlham Əliyevin daim güclənən sosial siyasət kursunda əlilliyi olan şəxslərin sosial müdafiəsinin mühüm yer tutduğunu vurğulayıb: “Yalnız onu qeyd etmək kifayətdir ki, Prezident tərəfindən əlilliyi olan şəxslərin, sosial cəhətdən həssas digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı son bir ildə ümumilikdə 10-dan çox fərman və sərəncam imzalanıb. Bu sənədlərə əsasən, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə ayda 60 manat məbləğində Prezident təqaüdünün təyin edilməsinə, müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb”.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 15 faizinin əlilliyi olan şəxslər olduğunu qeyd edən nazir Azərbaycanda bu göstəricinin 5,6 faiz, yəni 530 min nəfər təşkil etdiyini, ölkəmizdə əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi kimi respublika əhalisinin əsasən gənc olduğunu bildirib: “Qeyd olunan şəxslərin maddi təminatı daim gücləndirilir. Hazırda əmək pensiyası alanların 28,2%-i, sosial müavinət alanların 58,3 faizi, Prezident təqaüdü alanların 68,3%-i əlilliyi olan şəxslərdir. Əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, əmək pensiyalarının orta aylıq məbləği isə 9 dəfədən çox artırılıb”.
S.Müslümov əlilliyi olan şəxslərin avtomobil və mənzillə təminatı işlərinin sürətləndiyini qeyd edib: “Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən bu ilin ötən dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan 1453 nəfər əlilliyi olan şəxs avtomobillə təmin olunub. Həmçinin bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib. Hazırda bu insanlar üçün ölkənin müxtəlif bölgələrində yeni çoxmənzilli və fərdi evlər inşa edilir. Prezidentin 2014-cü il 20 iyun tarixli sərəncamı ilə bu ilin əvvəlinədək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin olunacaq”.
Nazir bildirib ki, ƏƏSMN-nin tabeliyindəki müvafiq müəsissələrdə hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunur. Təkcə bu il ərzində 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdə reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil edilib. Eyni zamanda nazirliyin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində müxtəlif bölgələrdə sağlamlıq imkanları məhdud uşaqlara çoxşaxəli reabilitasiya xidmətləri göstərilir.
Tədbirdə çıxış edənlər Beynəlxalq Əlillər günündə belə bir tədbirin keçirilməsinin ümumən bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında belə tədbirlərin təşkilinin xüsusi önəm kəsb etdiyini vurğlayıblar. Daha sonra yarışlarda I, II və III yerləri tutmuş şəxslərə mükafatlar, ümumən yarışların final turunda iştirak edənlərin hər birinə pul mükafatları və təşəkkürnamələr təqdim olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info