“Fox News”: “Obama dövründə ABŞ-ın dövlət borcları 70 faiz artıb”
Tarix: 03.12.2014 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


“Bu, həyəcanlı bir situasiya yaradıb”

Barak Obamanın idarəçiliyi müddətində ABŞ-ın dövlət borcları 70 faiz artıb. Respublikaçılar, hakimiyyəti dövlət ehtiyacları üçün xərcləri azaltmağa çağırırlar.
ABŞ-ın dövlət borcu 18 trilyon dollara çatıb ki, bu da Barak Obama administrasiyasının ünvanına tənqidlərin yeni dalğasının yüksəlməsinə rəvac verib. Obama administrasiyası büdcə xərcləri trayektoriyasının seçilməsində bədxərcliyə yol verdiyinə görə ittiham olunur. Bu barədə “Fox News” bildirir. Bu amerikan telekanalının xəbər verdiyinə görə, Barak Obama 2009-cu ildə ölkəyə başçılıq etməyə başlayanda, dövlət borcu 10,6 trilyon dollar təşkil edibmiş. Obamanın prezident olduğu bu illər ərzində isə ABŞ-ın dövlət borcu 70 faiz də artıb.
Dövlət borcu məsələsi ilə bağlı situasiyanı şərh edən Respubikaçılar Partiyasının Milli komitəsinin sədri Rayns Pribus bildirib ki, bu göstərici Amerika üçün həyəcan məqamıdır. Pribus xatırladıb ki, 2008-ci ildə Obama kiçik Corc Buşu dövlət borcunun 4 trilyon dollar artmasına görə tənqid etmişdi.
O vaxt prezidentliyə namizəd olan Obama bəyan etmişdi ki, gələcək nəsilləri böyük dövlət borcları masası arxasına oturtmağa məhkum etmək məsuliyyətsizlikdir və vətənpərvərlikdən xəbər vermir. Pribusun sözlərinə görə, Obama, dövlət borclarını daha 7,3 trilyon dollar artırmaqla, “məsuliyyətsizliyin yeni mərhələsinə” nail ola bilib.
“Tea Party Patriots” siyasi təşkilatının nümayəndəsi Kevin Brouton hesab edir ki, ABŞ-ın dövlət borclarını ölkə sakinləri arasında bölüşdürəndə, “hər kişi, hər qadın və hər uşaq” 56 250 dollar ödəməlidir. Brouton və Pribus daha ağıllı büdcə siyasəti yürüdülməsinə və dövlət ehtiyaclarına çəkilən xərclərin azaldılmasına çağırıblar. Pribus bu barədə belə bildirib: “Bizim uşaqlarımız və nəvələrimiz daha yaxşı vəziyyətə layiqdirlər”.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info