Naxçıvanda “Multikulturalizm və dini məsələlər” mövzusunda konfrans
Tarix: 03.12.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da azsaylı xalqların nümayəndələrinin mədəni irsinin qorunmasına və dini azadlığına çox hörmətlə yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” 2014-cü il 20 avqust tarixli Sərəncamının əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə, daha dolğun tənzimlənməsidir.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin salonunda “Multikulturalizm və dini məsələlər” mövzusunda keçirilən konfransda bu barədə ətraflı danışılıb.
Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov bildirib ki, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkəmizin zəngin mədəni, mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib.
Qeyd olunub ki, multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini nəzərə alan dövlətimizin başçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. 2010-cu ildən başlayaraq Bakıda keçirilən Beynəlxalq Humanitar forumlarda nüfuzlu xarici ölkə nümayəndələrinin səsləndirdikləri fikirlər bir daha belə deməyə əsas verir ki, Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir və gələcəkdə də yaşayacaq.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İsmayıl Gülməmmədov “Multikulturalizm – Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir” mövzusunda çıxışında bildirib ki, multikulturalizm ölkəmizdə əsrlərdən bəri formalaşan dəyərlər toplusudur. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanı üçün xasdır. Ulu öndər Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü.
“Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir”,- deyən İsmayıl Gülməmmədov qeyd edib ki, dövlətimizin başçısı bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir.
Naxçıvan şəhər 2 nömrəli uşaq musiqi məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Qədimova “Multikulturalizm siyasəti beynəlxalq təcrübədə” mövzusunda çıxış edərək deyib ki, multikulturalizm mədəni plüralizmi qəbul edən və onun inkişafına şərait yaradan bir siyasətdir. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etmək sahələrində bərabər hüquqlara malikdir.

Qeyd olunub ki, multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.
Konfransda mövzu ətrafında geniş diskussiyalar aparılıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info