Əli Hüseynli: “ABŞ terrorizmi dəstəkləyən ölkəyə çevrilməkdədir”
Tarix: 03.12.2014 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


“ABŞ səfirliyinin nümayəndələrinə Azərbaycanla bağlı məsələlərdə amerikalıların yeni, daha yaxşı eynəkdən istifadə etməsini məsləhət gördüm”

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ dövlət Departamentinin sözçüsü Cen Psakinin son açıqlamasına münasibət bildirib. Ə. Hüseynli APA-ya açıqlamasında deyib ki, C. Psakinin son açıqlaması heç də təəccüb doğurmur: “Ümumiyyətlə, Dövlət Departamentinin son dövrlər Azərbaycanın işğal olunmuş ərazisində ermənilər tərəfindən həyata keçirilən provokasiyalarla bağlı tutduqları mövqe onların əsl simasını üzə çıxarır. Azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən işgəncələr, qondarma məhkəmə prosesi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində hərbi təlimlər və provokasiyalar etməsinə münasibət bildirmək əvəzinə, Azərbaycan hökumətinə qarşı əsassız ittihamlar söyləyir. Əslində, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətindən yox, biz ABŞ hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən narahatıq. Amerika Birləşmiş Ştatları öz xalqına qarşı polis zorakılığına son qoymalı, irqi və milli dözümsüzlük hallarına qarşı tədbirlər görməlidir. Beynəlxalq aləmdə isə ABŞ son dövrlər terrorizmə qarşı mübarizə aparan ölkədən terrorizmi dəstəkləyən ölkəyə çevrilməkdədir”. Ə. Hüseynli həmçinin bildirib ki, bu günlərdə səfirliyin müraciəti əsasında MM-in Hüquq komitəsinin sədri kimi ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla görüş keçirib, və görüşdə o cümlədən QHT-lərlə bağlı qanuna əlavə edilmiş son dəyişikliklər müzakirə edilib: “Bu dəyişikliklərin milli QHT-lərin donorlar tərəfindən maliyyələşdirilməsinin şəffaflığı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Görüş zamanı həmçinin səfirlik nümayəndələrinə Azərbaycanla bağlı məsələlərdə amerikalılara yeni, daha yaxşı eynəkdən istifadə etməyi məsləhət bildim”.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info