Məktəblilər arasında mina və partlamamış hərbi sursat qurbanlarının sayı sıfıra enib
Tarix: 03.12.2014 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Azərbaycanda mina qurbanlarının sayı digər Cənubi Qafqaz ölkələrindəkilərdən 2 dəfə çoxdur. Bu barədə «Landmine Monitor Report 2014» hesabatının təqdimatında «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» (MƏAK) İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. H. Səfixanovun sözlərinə görə, son illər Azərbaycanın cəbhəyanı ərazilərində tədris olunan Mina Təhlükəsinə dair Maarifləndirmə proqramı sayəsində məktəblilər arasında mina və partlamamış hərbi sursat qurbanlarının sayı sıfıra enib. Hazırda mina qurbanları əsasən kənd təsərrüfatı ilə məşğul olan orta və yaşlı insanlar, həmçinin hərbçilərdir.
H. Səfixanov qeyd edib ki, Azərbaycan hazırkı hərbi-siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına və Kasetli Silahlara dair Konvensiyaya qoşulmasa da, bu sənəddən irəli gələn vəzifələri yerinə yetirir. Hesabatda qeyd olunub ki, Azərbaycanda minaların təmizlənməsi əməliyyatları həyata keçirilir, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları aparılır, mina qurbanlarının problemlərinin həlli istiqamətində işlər görülür, qonşu dövlətlərin müvafiq təşkilatlarının əməkdaşlarına treninqlər keçirilir. Bütün bunlar üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hər il artırılır.
Təşkilat rəhbəri qeyd edib ki, onların apardıqları tədqiqatların nəticələrinə görə, Azərbaycanda 3000-dək şəxsin mina və partlamamış hərbi sursatların qurbanı olması müəyyənləşdirilib, mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir.
H. Səfixanov ötən ilin noyabr ayında MƏAK tərəfindən başladılmış «Mina və kasetli silah qurbanları şəbəkəsinin imkanlarının artırılması və onların minaların və kasetli silahların qadağan olunması konvensiyalarına cəlb olunması», həmçinin bir neçə ildir davam edən «Mina qurbanları üçün kiçik biznesin yaradılması» layihələrinin başa çatdığını da vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info