“Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində qazaxlı şagirdlər Qəbələdə
Tarix: 03.12.2014 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində növbəti tədbir Qəbələ şəhərində keçirilib.
Fondun təşəbbüsü ilə Qazax şəhər 1 nömrəli orta məktəbinin 12 şagirdi Qəbələ şəhərindəki 2 nömrəli orta məktəbin qonağı olub.
Hər iki məktəbin şagirdləri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Sonra məktəblilərin Qəbələ şəhərindəki Şəhidlər xiyabanına, Heydər Əliyev Mərkəzinə, rayon tarix-diyarşünaslıq muzeyinə, Çuxur Qəbələ kəndindəki Dövlət Tarix-Mədəniyyət Qoruğuna ekskursiyası təşkil olunub.
Tədbir iştirakçılarına Qafqaz Albaniyası və onun paytaxtı qədim Qəbələ şəhəri, eləcə də müasir Qəbələnin inkişafı istiqamətində görülən işlər, tikinti-quruculuq işləri, turizmin, təhsilin və digər sahələrin inkişafı barədə məlumat verilib.
Sonra məktəblilər arasında “Heydər Əliyev və müstəqilliyimiz” mövzusunda bilik yarışı keçirilib, qaliblərə hədiyyələr təqdim edilib.
Tədbirdə Qəbələ şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləri ulu öndər Heydər Əliyevə həsr etdikləri “Sən elə bir zirvəsən” əbədi-bədii kompozisiyasını nümayiş etdiriblər.
Qazaxlı şagirdlər qədim Qəbələ torpağından xoş təəssüratla ayrılıblar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info