Xaricdəki azərbaycanlıların danışıq dili ilə bağlı araşdırmalar aparılacaq
Tarix: 03.12.2014 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Gələn il xarici ölkələrdə yaşayan azərbaycanlıların danışıq dili ilə bağlı araşdırmalara başlamaq nəzərdə tutulur. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri Mayıl Əskərov deyib. Onun sözlərinə görə, indiyədək xaricdə yaşayan azərbaycanlıların danışıq dili xüsusi tədqiqat obyekti olmayıb.
M.Əskərov bildirib ki, institutun Dil tarixi və dialektologiya şöbəsinin “Azərbaycanda yaşayan azərbaycanlıların dialekt və şivələrinin tədqiqi”, “Gürcüstanda yaşayan azərbaycanlıların dialekt və şivələrinin tədqiqi və “Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların dialekt və şivələrinin tədqiqi” adlı xüsusi layihələri var. Onun sözlərinə görə, adıçəkilən şöbə ilə birlikdə Gürcüstanda və İranda aparılacaq tədqiqatlara qoşulmaq fikrindədirlər. Tədqiqatlar zamanı Azərbaycan dilinə digər dillərin təsiri öyrəniləcək: “Öyrənəcəyik ki, fars və Azərbaycan dilləri arasında əlaqələr özünü hansı səviyyədə göstərir? Azərbaycanda yaşayan azərbaycanlı ilə İranda yaşayan azərbaycanlının danışıq dilində leksik, qrammatik, morfoloji və sintaksis səviyyələrdə nə dərəcədə fərq var? Bu fərqlər dilin orfoepiyasına, orfoqrafiyasına nə dərəcədə təsir edir?”
M.Əskərov deyib ki, eyni cür araşdırmaları Gürcüstanda da aparmağı planlaşdırırlar: “Hesab edirəm ki, İrandakı təsir qədər Gürcüstanda Azərbaycan dilinə dil təsiri olmamalıdır. Amma bəlkə də var. Bu məsələlər elmi səviyyədə hələ araşdırılmayıb”.
Şöbə müdiri qeyd edib ki, yalnız İran və Gürcüstanda deyil, digər ölkələrdə də yaşayan azərbaycanlıların danışıq dilində baş verən dəyişiklikləri, onların Azərbaycan dilinin öyrənilməsi ilə bağlı qarşılaşdığı problemləri araşdırmaq lazımdır. Xarici ölkələrdə yaşayan azərbaycanlıların danışıq dilində hansı itkilərin olması müəyyənləşdirilməli, dildə hansı məsələlərin bərpaya ehtiyacı olduğu öyrənilməlidir. Eyni zamanda, xarici ölkələrdə yaşayan gənc azərbaycanlıların Azərbaycan dilinin öyrənilməsi üçün hansı vəsaitlərlə təmin edilməsi araşdırılmalıdır.
M.Əskərov bildirib ki, bu araşdırmalardan sonra xaricdə yaşayan azərbaycanlılar üçün sadələşdirilmiş xüsusi dərsliklərin hazırlanması nəzərdə tutulur.
İnstitut rəsmisi hesab edir ki, həmin dərsliklər Azərbaycanda tədris edilən dərsliklərdən fərqli olmalıdır. Azərbaycanda istifadə edilən dərsliklər fundamental elmi əsaslar üzərində hazırlansa da, xaricdə yaşayan azərbaycanlılar üçün dərsliklər praktik danışıq kursları səviyyəsində hazırlanmalıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info