Gəncə ASAN xidmət mərkəzinin əhatə dairəsi genişləndirilib
Tarix: 03.12.2014 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


10 rayon üzrə 1 milyona yaxın əhaliyə xidmət göstərən Gəncə ASAN xidmət mərkəzinə dekabrın 1-dən Qazax, Tovuz və Ağstafa rayonlarının 330 mindən çox sakini də müraciət edə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Gəncə ASAN xidmət mərkəzində 10 dövlət qurumu tərəfindən təklif edilən 30-a yaxın xidmətdən yararlanan vətəndaşlar bura gəlmədən 108 saylı çağrı xidmətindən məlumat əldə edə bilərlər. Qeyd edim ki, həmin zənglər ödənişsizdir” – deyə Gəncə “ASAN xidmət” mərkəzinin direktoru Elnur Rzayev bildirib.
Təxminən 1 ilə yaxındır fəaliyyət göstərən Gəncə ASAN xidmət mərkəzi bu müddət ərzində 450 mindən çox vətəndaşa xidmət göstərib. Ölkə üzrə isə 3 milyon 400 minə yaxın vətəndaş ASAN mərkəzlərinin xidmətindən istifadə edib. Regionlarda xidmət mərkəzlərinin yaradılması istiqamətində işlər isə davam etdirilir.
“Artıq Sabirabad “ASAN xidmət” mərkəzinin dekabr ayının sonlarına kimi istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin, Bərdə, Masallı və Qəbələ rayonlarında da ASAN xidmət mərkəzlərinin fəaliyyətə başlaması planlaşdırılır” – deyə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov qeyd edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info