Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb
Tarix: 03.12.2014 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Final mərhələsi 2016-cı ildə keçiriləcək 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərindəki tədbirdə 52 komanda 13 qrupa bölünüb. Final mərhələsinin təşkilatçısı olacaq Almaniya və yarışa elit-raundan qatılacaq İspaniya seçmə mərhələdən azad olduğu üçün 2015-ci ilin payızındakı oyunlarda çıxış etməyəcək. Püşk Azərbaycan millisinin də rəqiblərinin adlarına aydınlıq gətirib. Millimiz burada 5-ci qrupda mübarizə aparacaq. Komandamızın rəqibləri isə Türkiyə, Bosniya və Herseqovina, Ukrayna milliləridir. Final mərhələsi 2016-cı ildə Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin də püşkü atılıb. 2015-ci ilin payızında keçiriləcək mərhələnin 52 iştirakçısı 13 qrupa bölünüb. Final mərhələsinə birbaşa qatılan Azərbaycan millisi və elit-raunddan yarışa qoşulacaq Almaniyadan başqa bütün millilər öz rəqiblərini tanıyıb. 1-ci qrupda İsveçrə, Hollandiya, Albaniya, Uels, 2-ci qrupda Belarus, Rusiya, Monteneqro, Kipr, 3-cü qrupda İsveç, İrlandiya, Malta, Finlandiya, 4-cü qrupda Macarıstan, Gürcüstan, Rumıniya, Slovakiya, 5-ci qrupda Serbiya, Avstriya, Lüksemburq, Litva 6-cı qrup: Polşa, İspaniya, Latviya, Andorra, 7-ci qrupda Xorvatiya, Çexiya, Cəbəllütariq, Lixtenşteyn, 8-ci qrupda Danimarka, İslandya, Yunanıstan, Qazaxıstan, 9-cu qrupda İngiltərə, Portuqaliya, San-Marino, Ermənistan, 10-cu qrupda Türkiyə, Belçika, Farer adaları, Sloveniya, 11-ci qrupda Norveç, Fransa, İsrail, Şimali İrlandiya, 12-ci qrupda İtaliya, Şotlandiya, Bolqarıstan, Makedoniya, 13-cü qrupda Ukrayna, Bosniya və Herseqovina, Moldova, Estoniya mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info