“Qatar Masters Open 2014” turnirində ən yaxşı nəticə şahmatçılarımıza məxsusdur
Tarix: 03.12.2014 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Qətərin paytaxtı Dohada keçirilən “Qatar Masters Open 2014” beynəlxalq şahmat turnirində 6-cı turun oyunları başa çatıb.
Azərbaycanın idman şərəfini bu turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Qədir Hüseynov, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova təmsil edirlər. 6-cı turda qara fiqurlarla mübarizə aparan təmsilçilərimizdən Rauf Məmmədov Polşa təmsilçisi Dariuş Sverç, Qədir Hüseynov ukraynalı Sergey Fedorcuk, Vasif Durarəyli Fransa şahmatçısı Fabien Libijevski və Zeynəb Məmmədyarova indoneziyalı Xarisma Sukandar üzərində qələbə qazanıblar. Eltac Səfərli və Fransa şahmatçısı Maksim Vaşe Laqrav qarşılaşmadan sülhlə ayrılıblar. Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə bu turda məğlubiyyətlə üzləşiblər. Altı turdan sonra Rauf Məmmədov 4,5 xalla 3-14-cü yerləri bölüşdürür. Qədir Hüseynov, Vasif Durarbəyli və Eltac Səfərlinin 4, Şəhriyar Məmmədyarovun 3,5, Günay Məmmədzadənin 3, Zeynəb Məmmədyarovanın isə 2,5 xalı var. Yarışda Azərbaycan da daxil olmaqla 40-dək ölkədən 154 şahmatçı (111 beynəlxalq qrossmeyster) iştirak edir. İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən yarış dekabrın 5-də başa çatacaq. Turnirin ümumi mükafat fondu 100 min avrodur.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib
18.03.2019
Milan derbisində beş qol vurulub
18.03.2019
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb
17.03.2019
Dünya birinciliyində uğurla çıxış edən Azərbaycan komandası Bakıya qayıdıb
17.03.2019
ABŞ təmsilçisi idman gimnastikası üzrə Dünya Kubokunda qalib olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info