Prosineçki rəsmən Azərbaycan yığmasında
Tarix: 03.12.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Yığma məşqçilərinin ümumilikdə illik
maaşı 1,2 milyon avro olacaq


AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Assosiasiyanın inzibati binasında baş tutan tədbirin əsas mövzusu millilərin baş məşqçilərinin təsdiqlənməsi olub. İcraiyyə Komitəsi Robert Prosineçkini baş məşqçi postuna təsdiqləyib.
45 yaşlı xorvatiyalı mütəxəssis bu postda almaniyalı Berti Foqtsu əvəzləyib. Artıq İcraiyyə Komitəsinin iclasına qatılan Prosineçki 3 il millimizdə çalışacaq. Yeni baş məşqçinin 6 köməkçisi olacaq ki, onlardan üçü xorvatiyalı, üçü isə azərbaycanlı olacaq. Yığma məşqçilərinin ümumilikdə illik maaşı 1,2 milyon avro olacaq.
Komitə 21 yaşadək futbolçulardan ibarət yığma ilə bağlı yekun qərar verə bilməyib. Baş məşqçi postuna əcnəbi gətirəcək qurum 10 namizəd arasında seçim etməlidir. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqləndiyi yığıncaqda yeni yaranan quruma rəhbər də seçilib. Bu vəzifəyə millinin sabiq baş məşqçisi Vaqif Sadıqov təyin olunub.
Komitədə onunla yanaşı, təcrübəli mütəxəssislərimizdən Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şahin Diniyev yer alacaqlar. Onlar ölkə futbolunun hazırkı vəziyyəti, klub və milli komanda səviyyəsində inkişaf yolları və perspektivləri ilə bağlı ətraflı müzakirələr aparıb, problemlərdən çıxış yolları ilə bağlı təkliflərini veriblər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info