“Qərbdən maliyyələşən Azərbaycan müxalifəti ölkəsinin müstəqilliyinin əleyhinədir”
Tarix: 03.12.2014 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Son dövrlərdə Rusiya, Azərbaycan və Türkiyə dünyadakı ümumi çağırışlar və təhdidlər qarşısında öz əlaqələrini gücləndirirlər. Bu baxımdan onlar Qərbin güclü təzyiqlərinə də məhəl qoymurlar. Bu məqamla bağlı “Vestnik Kafkaza”ya müsahibə verən Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev bildirib ki, bu münasibətlərdə Türkiyə və Azərbaycan öz maraqlarını güdürlər: “Onlar tamamilə doğru edirlər. Söhbət maraqlar balansının saxlanmasından gedir”.
Ekspertə görə, Rusiyaya qarşı sanksiyalara qoşulma, Moskva ilə münasibətlərin kəskinləşməsinə və onların milli maraqlarının ziddinə ola bilərdi. Ona görə də bu məsələnin mahiyyətini iki ölkənin rəhbərlikləri müdrik bir şəkildə anlayırlar: “Onlar bilirlər ki, sanksiyalara qoşulmaqla heç bir dividend qazanmırlar. İkincisi isə onlar Moskvaya inanırlar. Onlar sadəcə inanırlar ki, Rusiya olub, var və Avrasiya kontinentində ciddi bir oyunçu olmaqda davam edəcək. Onlar Amerikanın tərifini qazanmaq üçün Rusiya ilə münasibətləri korlamaq istəmirlər”.
Ekspertin fikrincə, hər iki ölkədə Qərbdən maliyyələşən müxalifət var ki, onlar ölkələrinin daha çox sözəbaxan və az müstəqil olmasına çalışırlar. Amma buna baxmayaraq, həmin ölkələrin rəhbərləri müstəqil milli maraqlardan çıxış edərək, qonşu Rusiya ilə münasibətlər qururlar. Ekspertin fikrincə, Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətləri kifayət qədər yaxşı səviyyədədir: “Hesab edirəm ki, bu cür ikitərəfli formatda münasibətləri daha da inkişaf etdirmək üçün bütün imkanlar var. Həmçinin müxtəlif məsələlərlə bağlı konsensuslara nail olmaq da mümkündür. Buraya boru xətləri layihələri də daxildir ki, bu cür birgə layihələrdə də qarşılıqlı fayda görmək olar”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info