“Qarabağın səsi” layihəsi reallaşıb
Tarix: 03.12.2014 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində “Qarabağın səsi” layihəsinin təqdimatı olub. Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin həyata keçirdiyi bu layihə Azərbaycan milli mədəniyyətinin yaşadılması, inkişaf etdirilməsi və tanıdılması, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.
“Qarabağın səsi” layihəsinə daxil olan musiqi albomundakı kompozisiyalar Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd, Xocalı, Zəngilan, Şuşa, Xankəndi, Kəlbəcər, Füzuli, Ağdam, Laçın, Cəbrayıl və Qubadlı bölgələrinə həsr olunub. Kompozisiyaların müəllifi Əməkdar artist Rain Sultanovdur.
Layihənin reallaşmasında Xalq artisti Alim Qasımov, əməkdar artistlər Yasəf Eyvazov və Şahin Növrəsli, İsveç Dövlət kamera orkestrinin üzvü Linnea Olson, İsveç, Yaponiya və Gürcüstan musiqiçilərindən Peter Nilson, Yasuhito Mori və İrakli Koiava iştirak ediblər.
Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyət və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə çıxış edən “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev bildirib ki, layihə çərçivəsində “Qarabağın səsi” musiqi albomuna daxil olan kataloq da nəşr olunub. Kataloqda Böyük Britaniyadan olan jurnalist İan Peartın Qarabağın Azərbaycanın tarixi və mədəniyyətində özünəməxsus yerinə dair fikirləri əksini tapıb. Nəşr Azərbaycan, ingilis, rus və ispan dillərində çap edilib.
Mərasimdə çıxış edən İan Peart Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın zəngin mədəniyyətindən söhbət açaraq, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğunu dərin təəssüflə qeyd edib. Xocalı hadisələri zamanı sağ qalan Yasəmən Həsənova ilə söhbətini xatırladan qonaq, bu xanımın indi Xocalıdan olanların övladlarına dərs dediyini və uşaqlara bu yerin necə gözəl olmasından söhbət açdığını diqqətə çatdırıb.
İan Peart belə bir layihənin ərsəyə gəlməsindən qürur duyduğunu, həmçinin azərbaycanlıların öz torpaqlarına qayıdacaqlarına ümidini ifadə edib. Sonra Əməkdar artist Rain Sultanov layihənin reallaşmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib. Daha sonra layihə haqqında film nümayiş olunub. Təqdimat mərasimində yerli və xarici musiqiçilər alboma daxil olan “Xocavənd”, “Xocalı”, “Zəngilan”, “Şuşa”, “Xankəndi”, “Kəlbəcər”, “Füzuli”, “Ağdam”, “Laçın”, “Cəbrayıl”, “Qubadlı” kompozisiyalarını ifa ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info