Çarlz Hendri: “Azərbaycanla təhsil sahəsində əlaqələrin genişlənməsində maraqlıyıq”
Tarix: 04.12.2014 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) və ABB şirkəti arasında əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib. Məktəbdən verilən xəbərə görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edib.
Azərbaycanın dünyada sənaye üsulu ilə ilk neft çıxaran ölkə olduğunu vurğulayan E.Qasımov neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını və bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-ın fəaliyyətinin inkişafında vacib istiqamət olduğunu qonaqların nəzərinə çatdırıb. ARDNŞ-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan rektor BANM-in əsas məqsədinin Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir ingilis dilli yüksək ixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirilməsi olduğunu bildirib. Rektor həmçinin qonaqlara ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları, perspektivləri və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlığı haqqında ətraflı məlumat verib. Bundan başqa, hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Üçillik fəaliyyətinə baxmayaraq, Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yer tutan BANM-də olmasından məmnunluq bildirən ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov “ABB şirkətinin yerli infrastrukturun inkişafına təsiri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, 1883-cü ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində aparıcı şirkətlərdən biri olaraq dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Şirkət 145 min nəfərdən artıq işçiyə sahibdir. R.Qasımov şirkətin başlıca olaraq 5 əsas istiqamət üzrə məhsul (elektrik cihazları, elektrik sistemləri, mühərriklər və enerji ötürücüləri, minimal gərginlikli məhsullar, proseslərin avtomatlaşdırılması avadanlıqları) və xidmətlər təklif etdiyini qeyd edib.
Tədbirdə iştirak edən Böyük Britaniya parlamentinin üzvü və baş nazirin Qazaxıstan, Azərbaycan və Türkmənistan regionunda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edib. O BANM-də olmasından məmnunluğunu dilə gətirib. Ç.Hendri Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin inkişafından danışaraq iki ölkə arasında nəinki energetika və humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. Sonra C.Hendri tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Tədbir çərçivəsində BANM-in rektoru E.Qasımov Ç.Hendrini ali məktəbin “Fəxri qonaq” diplomu ilə təltif edib.
Tədbirdə iştirak edən Heriot-Vatt Universitetinin Mühəndislik və Təbiət elmləri fakültəsinin dekanı Prof. Stefen Makloxlin BANM və Heriot-Vatt Universiteti arasında əməkdaşlıqdan söz açıb və bu iki ali təhsil ocağı arasında əlaqələrin dinamik inkişafından danışıb. O, təmsil etdiyi ali məktəblə BANM arasında uğurlu ikitərəfli əməkdaşlığın mövcudluğunu bildirib. Sonra BANM ilə ABB şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Tədbirdə həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, İsveçrə Konfederasiyasının səfiri Paskal Abişer, hər iki səfirliyin nümayəndələri və şirkət təmsilçiləri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info