Çeçenistanda silahlı şəxslər zərərsizləşdiriliblər
Tarix: 04.12.2014 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Qroznıda Mətbuat Evinin binasında gizlənən silahlı şəxslər zərərsizləşdirilib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin yaydığı məlumatda bildirilir.
Məlumata qeyd olunur ki, keçirilən xüsusi əməliyyat çərçivəsində 20 nömrəli şəhər məktəbində gizlənmiş silahlıların zərərsizləşdirilməsi istiqamətində əlavə tədbirlər görülür.
Xatırladaq ki, gecə saatlarında Qroznıda 5 yol polisi əməkdaşı silahlı şəxslər tərəfindən öldürülüb. Polislər şübhəli avtomobili saxlamağa cəhd edərkən avtomobildə olan şəxslər atəş açıblar. Sonra silahlılar Mətbuat Evinin binasında gizləniblər.
Silahlı şəxslərin yaydığı bəyanatdan məlum olur ki, onlara Doku Umarovun “sağ əli” olan Əmir Həmzət rəhbərlik edir. “Biz Əmir Həmzətin göstərişi ilə Cövhər şəhərinə daxil olmuşuq. Hazırda döyüşlər gedir, şəhərə çoxlu sayda mücahid girib. Biz mürtədlərin müsəlman qadınları, bizim bacılarımızı sıxışdırdığına görə qisas alırıq. Bu, intiqam əməliyyatıdır və biz sonadək döyüşəcəyik”, - deyə bəyanatda vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info