Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
Tarix: 04.12.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin nümayəndələri ilə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ƏƏSMN-nin Türkiyənin aidiyyatı qurumu ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini və bu əməkdaşlığın daim yeni fəaliyyət sahələri üzrə genişlənməkdə olduğunu vurğulayıb. Nazir müavini TİKA ilə də müvafiq sahələrdə əməkdaşlığın məqsədəuyğun ola biləcəyini qeyd edib. TİKA-nın Bakı Proqram Koordinasiya Ofisinin baş koordinatoru Mustafa Haşim Polat 1992-ci ildə yaradılan və Türkiyə Respublikası Baş Nazirliyinə tabe olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, hazırda 40-dək ölkədə koordinasiya ofisi fəaliyyət göstərən bu Agentlik müxtəlif ölkələrdə dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq şəraitində kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, sosial və mədəni sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr həmin ölkələrə qeyd olunan sahələrdə dəstək olmaq məqsədi daşıyır.
Agentliyin Azərbaycanda da icra etdiyi bir sıra layihələr barədə məlumat verilib, qarşıdakı dövrdə əmək, məşğulluq, eləcə də sosial müdafiə sisteminin ayrı-ayrı sahələrində əməkdaşlığa başlanılmasının mümkünlüyü diqqətə çatdırılıb. Görüşdə sosial təminat sisteminin təkmilləşdirilməsi, əmək standartlarının hazırlanması, əməyin mühafizəsi üzrə laboratoriyaların qurulması, işsiz və işaxtaran şəxslərin peşə hazırlığının təşkili, əlilliyi olan şəxslərin peşə reabilitasiyası, onların məşğulluğunun dəstəklənməsi və s. sahələrdə gələcəkdə birgə layihələrin icrasına dair təkliflər nəzərdən keçirilib.


İlkin





 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info