DGK-nın idarəsi Beynəlxalq Standartı üzrə akkreditasiya alıb
Tarix: 04.12.2014 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi İSO/İEC 17025:2005 Beynəlxalq Standartı üzrə akkreditasiya alıb.
Akkreditasiya Latviya Milli Akkreditasiya Bürosunun 241/2014 saylı qərarı əsasında verilib. Bu, Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının İSO/İEC 17025:2005 Beynəlxalq Standartına uyğun fəaliyyət göstərməsinin rəsmi təsdiqidir. Belə ki, İSO/İEC 17025:2005 Beynəlxalq Standartına uyğun akkreditasiya almış laboratoriyaların rəyləri beynəlxalq səviyyədə tanınır və belə akkreditasiya bütün dünyanın nüfuzlu və etibarlı laboratoriyalarına verilir.
Bu standarta layiq olmaq üçün DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən menecment sisteminin yaradılması ilə əlaqəli bir sıra tədbirlər görülüb. Akkreditasiya Mərkəzi Gömrük Ekspertizası İdarəsinin kollektivinin məhsuldar əməyinin nəticəsidir. Bununla da, İdarə beynəlxalq standartlara uyğun tədqiqat keyfiyyəti və sifarişçi xidməti sahəsində əsas məqsəd və vəzifələrə nail olub.
DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsinin akkreditasiya sahəsinə 10 analitik metod - müxtəlif içkilərdə dəmir və mis kimi toksiki elementlərin, benzoy və sorbin turşusu kimi konservantların təyini, qoz-fındıq məhsullarında aflatoksin B1, B2, G1, G2 və onların cəminin müəyyən edilməsi, qida məhsullarında vəheyvan yemində bağırsaq çöpü, bakterioloji çirklənmə, kif və maya göbələklərinin və salmonella bakteriyalarının təyini daxildir.
Qeyd edək ki, akkreditasiya LATAK Beynəlxalq Akkreditasiya Bürosunun nümayəndələri tərəfindən DGK Mərkəzi Laboratoriyasının ekspert qiymətləndirilməsi əsasında verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info